Rauf Mirqədirovla bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır

Hələ də jurnalistə ailəsi ilə görüş, telefonla danışmaq icazəsi verilmir

Source:


Hələ də jurnalistə ailəsi ilə görüş, telefonla danışmaq icazəsi verilmir

MTN-in istintaq təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirova hələ də ailə üzvləri ilə görüş, telefonla danışmaq icazəsi verilmir. Bunu “Turan”a Mirqədirovun vəkili Elmar Süleymanov deyib. O, sentyabrın 2-də jurnalistə baş çəkdiyini, Mirqədirovun səhhətinin normal olduğunu qeyd edib.

Vəkil bildirib ki, Mirqədirova doğmaları ilə görüşmək və telefonla danışmaq yasağından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayır.

Mirqədirov bu il aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakı aeroportunda həbs edilib. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. Jurnalist ittihamı rədd edir, motivli sayır.

Ana səhifəXəbərlərRauf Mirqədirovla bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır