Rauf Mirqədirovla bağlı Avropa Məhkəməsinə daha bir şikayət göndərilib

Jurnalistin işi ilə bağlı hər hansı dəyişiklik yoxdur

Source:


Jurnalistin işi ilə bağlı hər hansı dəyişiklik yoxdur

“Rauf Mirqədirovla sonuncu dəfə ötən həftənin 5-ci gün görüşmüşəm. Bu gün digər vəkil Fuad Ağayev də onunla görüşəcək. Səhhətində hər hansı problem, şikayət və ciddi narazılıq yoxdur”. Bu barədə Modern.az-a həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib.

O qeyd edib ki, prosesin gedişində hər hansı dəyişiklik yoxdur: “Sadəcə, Avropa Məhkəməsinə edilən müraciətə cavab gəlib. Biz Rauf Mirqədirovun qanunsuz olaraq həbs müddətinin uzadılmasına etiraz etmişdik. Avropa Məhkəməsində iş qəbul edilib və baxılıb. Ötən həftə biz daha bir şikayət hazırlayaraq Avropa Məhkəməsinə göndərdik”.

Vəkil Avropa Məhkəməsinə edilən müraciətin müsbət nəticə verəcəyinə inanadıqlarını vurğulayıb.

Ayna-Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunur.

Ana səhifəXəbərlərRauf Mirqədirovla bağlı Avropa Məhkəməsinə daha bir şikayət göndərilib