Rauf Mirqədirov həmkarlarını təbrik etdi

Jurnalistin vəkili Avropa Məhkəməsinə müraciət edəcək

Source:

Jurnalistin vəkili Avropa Məhkəməsinə müraciət edəcək

 “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirov 22 iyul Milli Mətbuat Günü ilə bağlı həmkarlarını təbrik edib.

Meydan TV-yə jurnalistin təbrikini çatdıran vəkil Elmar Süleymanov 1 saat əvvəl onunla görüşdüyünü dedi. “Rauf həmkarlarına onu dəstəklədiyi üçün təşəkkürünü çatdırdı və sizləri peşə bayramı münasibətilə təbrik etdi”.

O, Rauf Mirqədirovun durumunun yaxşı olduğunu, istintaqın gedişində isə yenilik olmadığını bildirdi. Vəkil həbs müddətinin 4 ay uzadılması ilə bağlı qərardan apellyasiya şikayəti verdiklərini və Avropa Məhkəməsinə də müraciət edəcəklərini söylədi.

E.Süleymanov onu da dedi ki, məhbus jurnalistə ailəsi ilə görüşə icazə verilmir və bununla bağlı şikayət hazırlayır: “Biz Apellyasiya Məhkəməsinin bu qərarından Avropa Məhkəməsinə şikayət hazırlayırıq”.

Ana səhifəXəbərlərRauf Mirqədirov həmkarlarını təbrik etdi