Jurnalistə qəzet oxumaq qadağası qalır
Mayın 19-da “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı vəkili Fuad Ağayevlə görüşüb.
Meydan TV-yə görüş barədə açıqlama verən Fuad Ağayev bildirib ki,
Rauf Mirqədirov əvvəlki kimi saxlanma şəraitindən narazı deyil: “Həm də səhhətinin pis olmasından və ona qarşı münasibətdən də şikayət etmədi”.
Ancaq jurnalistə ailəsi ilə görüşə və telefon əlaqəsi saxlamağa icazə verilməməsi, mətbuatla tanış olmaq imkanı yaradılmaması problemi qalır. Fuad Ağayev mayın 27-də Səbayel Rayon Məhkəməsində bu yöndə iddialarına baxılacağını bildirib.
F. Ağayev istintaq prosesinin getmədiyini də bildirdi.