Rauf Mirqədirov: ”Faktiki olaraq məni oğurladılar” (VİDEO)



“H




əbs planım 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra başlayıb”


Mart


ın 17-də Bakı Apellyasiya Məhkəməsi “Zerkalo” qəzetinin siyasi icmalçısı, jurnalist Rauf Mirqədirovu 5 il şərti cəza qərarıyla azad etdi. Bu qərardan iki ay əvvəl Ağır Cinayətlərə dair Məhkəmə Rauf Mirqədirovu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) müddəsilə 6 il azadlıqdan məhrum etmişdi. Bütün proses qapalı keçirildiyindən ittihamın detalları ictimaiyyət üçün məlum olmadı. Həmkarımızla söhbətimizdə mümkün qədər bir sıra məqamları açıqlamağa cəhd etdik.



Rauf b


əy, sizin həbsinizin əsas sifarişçisi kim idi? Birbaşa sualı ona görə verirəm ki, həbs olunandan sonra məqalələriniz gündəmə gətirildi, mediada və sosial şəbəkələrdə müzakirə zamanı aydın oldu ki, əksər yazılarınızın hədəfi Rusiya prezidenti Vladimir Putindir. Bundan sonra əsas fikir o idi ki, Mirqədirovun həbsinin sifarişçisi Vladimir Putindir…

– Bilirsiniz, əlimdə fakt olmadığından konkret insanı ittiham etmək doğru olmazdı. Ancaq cinayət işinin prokurorluq tərəfindən açıqlanan məqamları da var. İşi izlədikcə, məntiqi nəticələr çıxarmaq kifayət edər.



Ancaq məhkəməniz qapalı keçirildi…

– Bəli. Həm də cinayət işində bir çox faktı açıqlamaq ixtiyarım yoxdur, çünki məxfidir. Şərti götürsək, xüsusi xidmət orqanlarının dililə desək, mənim “razrobatkam” 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra başlayıb.



Deməli, 2008-ci ildən sizi izləyiblər və həbsiniz haqda artıq söhbətlər başlayıb..?

– 2008-ci ilin payızından başlayıb. 2010-cu ildə prezident Medvedevin vaxtında Rusiya ilə Amerika arasında yumşalma prosesi başlayanda mənə qarşı əməliyyat işləri dayandırılıb.



Bu, adınızın artıq beynəlxalq danışıqlarda hallanması deyilmi?

– Çox sadə şeylərdir, ona görə tarixləri xatırladacam, 2014-cü ildə Ukrayna hadisələri başlayan kimi yenidən əvvəlki münasibət qayıdır. Bilirsiniz ki, mən Gürcüstan və Ukrayna hadisələri zamanı Rusiyanın postsovet məkanı istiqamətindəki siyasəti və bunun fəsadları haqda çox kəskin məqalələr yazmışam. 2014-cü ildə yenidən bu iş gündəmə gəlir və məni həbs edirlər. Siz deportasiya olunduğumu dediniz, əgər formal yanaşsaq, məni deportasiya adıyla Türkiyədən çıxarıblar. Türkiyə qanunlarına görə, bu cür deportasiya ola bilməz. Faktiki olaraq məni oğurladılar.



Kim oğurladı?

– Ankara Polis İdarəsinin xarici vətəndaşlarla iş şöbəsinin əməkdaşları silahlı şəkildə 5 yaşlı qızımın gözü önündə Gürcüstana gedən avtobusdan zorla düşürüb aparıblar.



O zaman Ankara-Moskva münasibətləri də çox yaxşı idi…

– Bəli, çox gözəl idi. Burda sifarişçinin birbaşa və ya dolayısı yolla harda olduğu bəllidir. Hesab edirəm ki, bu, erməni-rus xüsusi xidmət orqanlarının Azərbaycana qarşı genişmiqyaslı əməliyyatının bir elementi idi. Məndən sonra “Zerkalo” qəzeti bağlandı, bu nəşr Qafqazda ən populyar qəzetlərdən biri idi.



Ancaq sizi Ermənistanın sabiq milli təhlükəsizlik naziriylə əməkdaşlıqda ittiham edirdilər…

– Bəli, adlar çəkilirdi. Bilirsiniz, Ermənistanın sabiq milli təhlükəsilik naziri ilə beynəlxalq konfranslarda Azərbaycanın bir çox siyasi xadimləri görüşüb. O zaman hər görüşəni, yaxud o tədbirdə iştirak edənləri həbs etməlidirlər? Sual yaranır; Azərbaycan xüsusi xidmət orqanlarının həbsimdə rolu nədən ibarətdir? Bilirsiniz, inanmaq istəmirəm və indiyə qədər də onların məqsədli şəkildə bu prosesdə iştirakına inanmıram. Əlimdə dəqiq fakt olmadığından heç bir insanın vətənpərvərliyini də şübhə altına almaq istəmirəm. Elə məsələlər var ki, orda siyasi baxışlar arxa plana keçir. Fransanıın, Böyük Britaniyanın və Amerikanın tarixinə diqqət yetirsəniz, milli məsələlərdə hətta cinayətkar aləmlə də əməkdaşlığı görərsiniz. ABŞ İkinci Dünya Müharibəsində anti-Hitler koalisiyasını silahla təmin etmək üçün mafiyanın mühüm rolundan istifadə edib. Bu, mafiyanın gücünü nəzərə alaraq bilərəkdən edilib, çünki söhbət milli məsələlərdən gedirdi.

– S

iz həbs olunanda Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov idi. O, ötən ilin sentyabrında işdən azad olundu, nazirlik isə ləğv edildi. Bundan sonra sizin azad edilməyiniz gündəmə gəldi. Bu mənada azad olunmağınızda Eldar Mahmudovun vurulmasının rolu varmı?

– Mənə elə gəlir ki, işin bağlanması barədə siyasi qərar artıq Eldar Mahmudov vurulmamışdan əvvəl verilmişdi. Artıq Rusiya-Türkiyə münasibətləri pisləşmişdi, amma əsas bu da deyildi. Daha doğrusu, Rusiyanın regionda təsir imkanları bir az azalmışdı. Ola bilər, Rusiyanın xarici siyasətini nə cür qurduğunu nəzərə alsaq, bu, bir qədər səhv yanaşmadı. Rusiya iqtisadiyyatındakı problemlərin xarici siyasətə çox ciddi təsir göstərməsi haqda yanaşmalar da bir qədər səhvdir. İndi də Rusiya televiziyaları ölkələrinin Amerikaya meydan oxuması barədə mifi yaşatmağa çalışırlar. Ancaq iqtisadi problemlər, xüsusən neftin qiymətinin enməsi baxımından məsələlərə uzunmüddətli perspektivdə yanaşdıqda, ABŞ, Kanad, Yaponiya və Avropa Birliyi Rusiyanı çökdürmək imkanına malikdirlər. Faktiki olaraq, Amerikanın Rusiyaya qarşı siyasəti ötən əsrin 80-ci illərində apardığı siyasəti xatırladır.



Ronald Reyqanın prezidentliyi dövrünü nəzərdə tutursunuz?

– Bəli, o dövrdən xüsusi fərqi yoxdur.



Qayıdaq cinayət işinə, istintaq sizdən nə istəyirdi və əleyhinizə kimlər ifadə verdi?

– Birbaşa mənə qarşı ifadə vermək cümləsini işlətməzdim. Olan şey haqda ifadə verərlər. Amma 2-3 nəfərin ifadələrində mənim fəaliyyətimi şübhə altına almaq cəhdi var, daha doğrusu, ermənilərlə münasibətlərimi və vətənpərvərliyimi.



İfadə verənlər tanınmış insanlardır?

– Aralarında tanınmışlar da var.



Bəs istintaq nə istəyirdi?

– Bilirsiniz, onların dəqiq nə istədiklərini indiyə qədər anlamaq çox çətindir. Məni niyə həbs etdilər, bunu izah etdim. Amma istintaqın nə istədiyini anlamaq çox çətindir. İstintaq müəyyən bir siyasi qərarların gözləntisindəydi, ona görə 2 il ərzində 2-3 dəfə dindirildim. Həbs olunan zaman 3 ay ifadə verməkdən imtina etdim. Sonra razılıq verdim və onlar da 2-3 dəfə dindirdilər.



Cinayət işi ilə tam tanış oldunuzmu, ola bilərmi ki, bilmədiyiniz nüanslar da var?

– Sözsüz. Bilirsiniz ki, bir mərhələdə cinayət işi ayrıldı, söhbət mənimlə eyni maddə ilə ittiham olunan Arif və Leyla Yunusdan gedir. Ona görə də hansı materialların mənə göstərilmədiyini bilmirəm. Bu baxımdan bilmədiyim nüansların olması, yaxud hansısa ifadələrlə tanış olmamağım mümkündür. Məsələn, mənim cinayət işimə elə ifadələr daxil edilmişdi ki, onların, ümumiyyətlə, mənə birbaşa aidiyyatı yox idi. Onlar məhkəməyə gəlib haqqımda ifadə vermədilər. Aralarında tanıdığınız insanlar da var, amma onları çox da məşhur insan saymazdım. Eləsi var ki, heç adını çəkmək istəmərəm, söhbət mənəvi dəyərlərdən gedir. Onlar Leyla və Arif Yunus haqda ifadə verirdilər. Məsələ ondadır ki, bu adamların mənim prosesimdə ifadə verməsi çox əcaib idi, çünki bu adamlar mənim haqqımda danışmırdılar. Ancaq bir məqamı unutmaram, istintaqa cəlb olunanların mütləq əksəriyyəti özlərini çox şərəfli apardılar, onlara minnətdaram. Birbaşa təzyiq olmasa da, bu adamlara işarə vurublar ki, bəlkə belə danışsan, yaxşı olar, onlar isə razılaşmayıb.

– Ö

tən müddətdə itkiləriniz oldu, atanız vəfat etdi, ailənizdən uzaq düşdünüz. 23 ay işığı söndürülməyən təkadamlıq kamerada qalmaq yaddaşınızda hansı izlər buraxdı?

– İşığın söndürülməməsi o qədər də böyük problem deyil, bir müddət sonra öyrənirsən. Amma Türkiyədə ailəmə qarşı pis münasibəti atamın vəfatından və cinayət işi məhkəməyə göndəriləndən sonra bildim. Bunları əsəbləşməməyim üçün gizlədirdilər. Türkiyə hakimiyyət orqanlarının ikiuşaqlı qadına nə qədər qəddar və əzazil davrandıqlarını sonradan bildim. Lap bilsəydim də, əlimdən heç nə gəlməzdi. Amma təcridxana əməkdaşları tərəfindən 2 ildə hörmətli münasibət olub, Rauf müəllim və ağsaqqal deyə müraciət ediblər, çox korrekt davranırdılar, 23 ayda bir problem də olmadı. Təcridxananın tibbi personalı da çox diqqətli olub, bu mənada heç bir iradım ola bilməz. Amma tutulandan sonra birinci 15 gün və 23 ayın sonuncu iki ayı çox ağır oldu. Birinci 15 gün ona görə ağır idi ki, oranın davranış qaydalarını və atmosferi hələ bilmirdim. Təkadamlıq kamerada nəyləsə məşğul olmalısan, amma heç nə yox idi.



Kitab da yox idi?

– Problem ondaydı ki, kitabları 10-15 gündən bir dəyişirlər, mən qaydaları bilmədiyimdən 2 kitab götürmüşdüm, onları da 4 günə oxuyub bitirdim. Sonradan 15 gün təkadamlıq kamera, gündə bir dəfə havaya çıxarırlar, vəkil və müstəntiqlə görüş olmasa, tamamilə məhv olmaq dərəcəsinə çatırsan. Bu halda düşünməkdən başqa heç bir işin olmur, o cür şəraitdə düşünmək ən dəhşətli bir şeydir. Çünki ən absurd fikirlər ağlına gəlir, dəli də ola bilərsən. Sözsüz ki, mən o vəziyyətə çatmadım, amma bütün günü belə olmaq çox ağır idi. Təsəvvür edin ki, problem haqda düşünürsən, ancaq bilirsən ki, bunu həll etmək iqtidarında deyilsən. Ona görə ikinci dəfə kitab götürəndə, 10-12 kitab götürdüm, bunun üçün mənə heç bir məhdudiyyət qoyulmurdu. Vaxtı öldürmək və 1 dəqiqəsiz kitabsız qalmamaq üçün buna məcbur idim.



Nə qədər kitab oxuya bildiniz?

– 200-dən çox idi. Vaxtilə oxuduqlarım da vardı ki, yenidən mütailə etdim. MTN-nin kifayət qədər vaxt keçirmək üçün yaxşı kitabxanası var.



Rauf bəy, müdafiənizi yetərli sayırsınızmı və vaxtilə üzv olduğunuz AMİP-in müdafiəsi qanedici idimi?

– İlk növbədə, vəkillərim Fuad Ağayev və Elmar Süleymanova dərin minnətdaram. Onlar bacardıqlarından artığını etməyə çalışırdılar və heç bir təmanna güdmürdülər, bunu vətəndaşlıq mövqeyi sayırdılar. Fuad Ağayev uşaqlıq dostumdur. Məni həbs edəndə bir vəkil çağırmışdılar, özləri bu vəkillə işləməyəcəyimi başa düşdülər. Kimin vəkil olacağını soruşanda, o zaman heç Fuad Ağayevlə heç bir əlaqəm yox idi, ancaq onun adını çəkdim. Bu da böyük dəstəkdir ki, vəkilin olan adam yalnız hüquqi müdafiəni deyil, həm də mənəvi dəstəyi təmin edə bilir. Partiyaya gəldikdə, düşünürəm ki, Azərbaycanın indiki şəraitində müdafiə etmək istəyənlərin hər biri bacardığını etdi. Hamısına minnətdaram. Kimsə çox, kimsə bacardığını edibsə, bunun elə bir önəmi yoxdur. Çünki Azərbaycandakı şəraiti bilirəm. Bəli, 10-15 il əvvəl həbs olunanlara dəstək daha güclüydü, indi zəifdir, amma bu, həmin insanların istəyinin azalmasıyla yox, onların imkanlarının məhdud olmasıyla bağlıdır.

– 17

 mart əfv sərəncamından, eyni zamanda, sizin və hüquqşünas İntiqam Əliyevin məhkəmə qərarıyla azadlığa buraxılmağınızdan sonra belə bir fikir var: həbsdə olanlar haqda yazmaq və danışmaq onlar üçün problem yaradır, ona görə susmaq məqbul olardı. Necə düşünürsünüz, susmaq problemin həllinə kömək edərmi?

– Düşünmürəm ki, susmaq problemin həllinə kömək edər. Hamı sussa, belə bir təəssürat yarana bilər ki, ümumiyyətlə, heç bir problem yoxdur. Bu gün ölkə daxilində və xaricində kifayət qədər ciddi problemlər var, ona görə mən susmağın düzgün olduğunu düşünmürəm. Ancaq həbsdə olanda öyrəndiyim Azərbaycan özəllikləri var, danışarkən bunları nəzərə almaq lazımdır.



Nədən ibarətdir bu özəlliklər?

– Bu özəlliklər bəzi bəyanatların kəskinliyinə adekvat və qeyri-adekvat reaksiyanın olmasıyla bağlıdır. Danışanlar bunu nəzərə almalıdırlar. Bəli, bütün dünyada belədir ki, həbsdə olanlar haqda danışanların bir hissəsi öz siyasi maraqlarını güdür və buna görə onları ittiham etmək düzgün də deyil. Bu, normal siyasi mübarizənin tərkib hissəsidir. Mən heç zaman demərəm ki, bunlar siyasi məhbus haqda öz maraqlarına görə filan şeyi deyir və düzgün etmirlər. Amma danışarkən o insanları düşünürüksə, Azərbaycan özəlliklərini nəzərə alıb, nəyə nə cür reaksiya olacağını anlamalıyıq. Bir daha təkrar edirəm, danışmaq və insanları müdafiə etmək mütləq lazımdır. Çünki həbsdə olanlar üçün müdafiənin nə qədər mənəvi dəstək olduğunu içəridə olanlar daha yaxşı bilir. Adi bir misal: atamın yas mərasimindən sonra bir söhbət oldu, amma kiminlə və hansı şəraitdə olduğunu açmayacam, yasda yalnız müxalifət və jurnalistlər yox, kifayət qədər hakimiyyətə yaxın qurumları da təmsil edənlər vardı. Bu məqamı xatırladanda, cavab verdim ki, onların iştirakı irəli sürdüyünüz ittihamlara inanmadıqlarının nümayişidir. Əgər ittihamlara inansaydılar, dövlətə xəyanət edən adamın yasına gəlməzdilər. İkinci misal, məni Ağır Cinayətlər və Bakı Apellyasiya məhkəmələrindəki proseslərə Penitensiar Xidmətin əməkdaşları aparırdılar. Onlar da öz intellekt və mənəvi səviyyəsinə uyğun olaraq həmişə sual verirdilər ki, ay müəllim, nəyə görə həbs olunmusan? Mən də həmişə dövlətə xəyanət maddəsinə görə həbs olunduğumu deyirdim. Bir serjant soruşdu ki, ağsaqqal, hansı maddəylə tutulmusan, məlum cavabı verəndə, əlavə sual verdi: dövlət qulluqçususan? Cavab verdim ki, yox, jurnalistəm. Onun cavabını bir az yüngülləşdirici deyəcəm, söylədi ki, ağsaqqal, jurnalistika hara, dövlətə xəyanət hara? Heç biri bir-birinə uyğun gəlmir. O, hətta bunu bir az kobud ifadə etdi. Bildirdim ki, görünür, bizdə uyğun gəlir. Bu, adi bir insanın münasibəti və mənəvi dəstək idi.

Ana səhifəVideoRauf Mirqədirov: ”Faktiki olaraq məni oğurladılar” (VİDEO)