Rauf Arifoğlu Müsavat Partiyasından istefa verdi

Source:

“Müsavat Partiyasının indiki rəhbərliyini, onun başqanını, siyasi kurs və mübarizəsini dəstəkləyirəm, sevinirəm ki, Müsavat adına olan təşkilatımız əmin və etibarlı əllərdədir. Fəaliyyətiniz boyunca qəzetimizdən əvvəlki kimi və ondan daha yaxşı təmənnasız informasiya dəstəyi ala, bu media quruluşunu özünüzə ən yaxın olanı hesab edə bilərsiniz. Mən də bir vətəndaş və partiyasız müsavatçı kimi sizlərə, 23 il sıralarında olduğum Müsavata hər cür dəstəyə hazıram”.

Bu fikirlər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Müsavat Partiyasının başqanı Arif Hacılıya istefa ərizəsində qeyd olunub.

Qəzetin saytında yerləşdirilən ərizədən məlum olur ki, baş redaktor ərizəsini iyulun 15-də yazıb.

Ana səhifəXəbərlərRauf Arifoğlu Müsavat Partiyasından istefa verdi