Rasim Qaracanın ölkədən çıxışına qoyulan qadağa götürülməyib

Məhkəmə yazarın şikayətini təmin etməyib

Foto: Rasim Qaracanın şəxsi arxivindən
Rasim Qaraca
Rasim Qaraca


Məhkəmə yazarın şikayətini təmin etməyib

Nəsimi Rayon Məhkəməsi iyulun 12-də yazıçı Rasim Qaracanın ölkədən çıxışına qoyulan şikayətə baxıb.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə heyəti şikayəti təmin etməyib. Prokurorluğun rəsmisi bildirib ki, Meydan TV ilə bağlı istintaq getdiyindən qadağa qalmalıdır.

Məlumatı Meydan TV-yə yazıçı Rasim Qaraca özü verib.

Rasim Qaraca bildirib ki, onun Meydan TV-də 3 yazıçısı dərc olunub və hamısı ədəbiyyat haqqındaydı:

“Həmin yazılardan biri də başqa saytdan götürülərək Meydan TV-yə qoyulub. Ümumiyyətlə, bu yazılara görə qonorar da almamışam. Ölkədən çıxışımla bağlı Baş prokuror Zakir Qaralova

müraciət

etsəm də, hələ qadağa qalır”.

Rasim Qaraca apelyasiya şikayəti verəcəyini deyib.

Ana səhifəXəbərlərRasim Qaracanın ölkədən çıxışına qoyulan qadağa götürülməyib