Fevralın 24-də Səbail Rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Prosesdə şahid qismində ifadə verən Elşən İsmayılov jurnalist Rasim Əliyevin onu söydüyünü və qəsdən kameraların çəkdiyi yerdə görüşə dəvət etdiyini bildirib.
O deyib ki, Rasimlə görüşə gələn zaman jurnalist ona yaxşı edib söymüşəm deyib. Yalnız bundan sonra jurnalist döyülüb.
Məhkəmə vəsatəti təmin etməyib. Növbəti proses martın 11-də davam etdiriləcək.
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646