Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi istintaqa qaytarılmadı

Təqsirəndirilən şəxslərin yaxınları özlərini çox aqressiv aparıblar

Source:


Təqsirəndirilən şəxslərin yaxınları özlərini çox aqressiv aparıblar

Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra prosesdə zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı cinayət işinin ibtidai istintaqa qaytarılması, həmin vəsatətin təmin olunmayacağı təqdirdə Rasim Əliyevi müalicə edən həkimlərin prosesə çağırılıb dindirilməsi barədə vəsatətlər verib.

Məhkəmə birinci vəsatəti təmin etməyib, ikinci vəsatət isə baxılmamış saxlanılıb.

Proses yanvarın 12-nə təyin edilib.

Prosesi izləyən Meydan TV əməkdaşının sözlərinə görə, təqsirəndirilən şəxslərin yaxınları özlərini çox aqressiv aparıblar. Onlar hətta bloqqer Mehman Hüseynovla mübahisə ediblər.

ANN.TV-nin əməkdaşı Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. O, xəstəxanada vəfat edib.

Faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov həbs olunub. Ötən ay cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Ana səhifəXəbərlərRasim Əliyevin ölümü ilə bağlı cinayət işi istintaqa qaytarılmadı