“Rasim Əliyevin öldürülməsi dözümsüzlük və cəzasızlığın nəticəsidir”

“Sərhədsiz Reportyorlar” Təşkilatı Azərbaycan hakimiyyətini küçədə döyüldükdən sonra avqustun 9-da ölən jurnalist Rasim Əliyevin ölümünün araşdırılması üçün hər şeyi etməyə çağırıb

Source:


“Sərhədsiz Reportyorlar” Təşkilatı Azərbaycan hakimiyyətini küçədə döyüldükdən sonra avqustun 9-da ölən jurnalist Rasim Əliyevin ölümünün araşdırılması üçün hər şeyi etməyə çağırıb

“Rasim son 10 ildə Elmar Hüseynov, Alim Kazımlı, Rafiq Tağıdan sonra Azərbaycanda öldürülən dördüncü jurnalistdir:  “R.Əliyevin öldürülməsi ölkədə uzun illər ərzində yüksək vəzifəli məmurlar tərəfindən yaradılan dözümsüzluk və cəzasızlıq şəraitinin nəticəsidir”, – təşkilatın bəyanatında deyilir.

“Hökumət məmurları tənqidçi jurnalistləri düşmən və xəyanətkar adlandırırsa, jurnalistlərə hücumlar cəzasız qalırsa, bu cür faciələrin baş verməsinə təəccüblənmək lazım deyil.

R.Əliyevin ölümünə futbolçu Cavid Hüseynovun qohumları ilə münaqişə səbəb olub. Futbolçunun qohumu öncə onu telefonla təhqir edib, sonra söhbətə çağırıb, dostları ilə birlikdə döyüb, jurnalistin pul qabını və telefonunu götürüblər.

Öncə Azərbaycan hakimiyyəti bu ölümü siyasiləşdirməməyə çağırıb, cinayətin üstünün açılacağını vəd edib. Sonradan Prezidet Administrasiyasının nümayəndəsi, müstəqil KİV-i dəfələrlə ittiham edən Əli Həsənov birdən bəyan edib ki, baş verənlər demokratiyaya təhlükədir və ölkə prezidenti KİV azadlığını “dövlətin əsas prioritetlərindən biri hesab edir”.

“Demokratik dəyərlər haqqında bu fikirlər  gülüş doğurur, amma təəssüf ki, bu bəyanatın verilməsinə  ciddi səbəb var. Əgər prezident onun ciddi qəbul edilməsini istəyirsə, KİV-ə və vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalara son qoymalıdır”, – bəyanatda deyilir.

Azərbaycan mətbuat azadlığı indeksinə görə 180 ölkə arasında 162-ci yeri tutur. Bu ölkədə bütün müstəqil KİV və QHT-lər ya qapadılıb, ya da susdurulub.

8 jurnalist, o cümlədən Xədicə İsmayılova və Rauf Mirqədirov kimi tanınmış jurnalistlər, bloqqerlər həbsdədir. Onlarla müstəqil jurnalist və bloqqer son aylar ölkəni tərk etməyə məcbur olub (Turan İA).

Ana səhifəXəbərlər“Rasim Əliyevin öldürülməsi dözümsüzlük və cəzasızlığın nəticəsidir”