Rasim Əliyevin meyidi morqdan 5 saat sonra çıxarıldı (VİDEO)

Bu gün səhər saatlarında vəfat edən jurnalist Rasim Əliyevin meyidi tibbi ekspertiza üçün Respublika Klinik Xəstəxanasının Patoloji Anatomiya Bürosuna gətirilib. Mərhumun qohumları deyir ki, bizim bundan xəbərimiz olmayıb.

Təxminən 5 saat sonra Rasim Əliyevin meyidi ailəsinə təhvil verilib.

Rasim Əliyev dünən naməlum şəxlər tərəfindən döyülərək ağır xəsarətlər almışdı. Onu 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırmışdılar.



Vəziyyəti normal görünsə də, müsahibəsində ağrıların olduğunu bildirmişdi. Onun sol qabırğaları sınıq, qulağı da eşitmirdi.




Rasim Əliyev iddia edirdi ki, onu futbolçu Cavid Hüseynovun qohumları döyüb. Səbəb isə Rasimin facebook-da yazdığı status göstərilir.

Ana səhifəVideoRasim Əliyevin meyidi morqdan 5 saat sonra çıxarıldı (VİDEO)