Rasim Əliyevin məhkəməsi təxirə salındı

Prosesin təxirə salınmasına səbəb Elşən İsmayılovun vəkilinin məhkəmədə iştirak etməməsidir

Source:


Prosesin təxirə salınmasına səbəb Elşən İsmayılovun vəkilinin məhkəmədə iştirak etməməsidir

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə yanvarın 19-na təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Meydan TV-yə verilən məlumata görə, prosesin təxirə salınmasına səbəb Elşən İsmayılovun vəkilinin məhkəmədə iştirak etməməsidir.

Növbəti məhkəmə prosesi yanvarın 21-nə təyin olunub.

Mərhum jurnalist ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən Rasim Əliyev orada vəfat edib.

Faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Futbolçu Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Ana səhifəXəbərlərRasim Əliyevin məhkəməsi təxirə salındı