Rasim Balayev: İlham Əliyev mənə dedi ki…

Prezident Xalq artistinə zəng edib

Rasim Balayev. Mənbə: kulis.az

Prezident Xalq artistinə zəng edib

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevə zəng edib.

Bu barədə xalq artisti özü jurnalistlərə məlumat verib. Deyib ki, söhbət Rasim Balayevin mədəniyyət və incəsənət xadimləri ilə ölkə başçısının görüşünə dəvət olunmaması ilə bağlı olub: “Dövlət başçısı dedi ki, bu, bizim sizə qarşı münasibətimizdən irəli gəlmir, çünki bizim sizə hörmətimiz və müsbət münasibətimiz var, günah siyahını tutanlarda olub və sizi dəvət etməyiblər. Dövlət başçısı soruşdu ki, görüşə gəlsəydiniz, nə təklif edəcəkdiniz? Mən də cavab verdim ki, əsas kino sahəsi ilə bağlı təkliflər verəcəkdim və Mehriban Zəki də, təxminən, mənim istəklərimi dilə gətirdi. Kino sahəsinin inkişafına ilə bağlı artıq 5 milyon manat ayırdınız”.

Rasim Balayev bildirib ki, nazir Əbülfəs Qarayevin martın 5-də keçirdiyi mətbuat konfransında Prezidentlə görüşdə iştirak etməyən incəsənət xadimlərindən üzr istəməsindən xəbərdar olduğunu söyləyib:

“Mən nazirin üzrünü qəbul edirəm. Görünür, artıq ona da məsələ deyilib və o da üzrünü istəyib. Yəqin ki, məni yaddan çıxarıblar, özləri bilərlər”.

Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.

Ana səhifəXəbərlərRasim Balayev: İlham Əliyev mənə dedi ki…