Raqif Kərimli: ”Evimin önündə növbə çəkirlər”

Müsavatçının evinə zəng edən polis məqsədini düməyib

Source:


İki oğlu narkotik ittihamı ilə həbsdə olan müsavatçı  Raqif Kərimlinin evinin önündə mülki geyimlilər növbə çəkir.

Bunu Meydan TV-yə Müsavatın Məclis üzvü Raqif Kərimli deyib:

“Yanvarın 5-dən evimizin əhatəsində mülki geyimlilər dolaşır. Bunu həyat yoldaşıma qonşular deyib. Fərəc tutulmamışdan öncə də evimizi ciddi nəzarətdə saxlamışdılar.  Qonşular deyir ki, indi növbə çəkənlərin içində  həmin adamlardan var. 1 həftə növbə çəkiblər”.

Raqif Kərimli deyir ki, bu gün 41-ci polis bölməsindən evlərinə zəng gəlib. Özünü mayor Qəhrəmanov kimi təqdim edən şəxs, onlara bir neçə sual verib:

“”Harda yaşayırsız? Harda işləyirsiz?” tipli suallar verdi. Sonra soruşdu ki, həbsdə olanınız var? Mən də dedim, oğlanlarım həbsdədir. Mayor hansı maddə ilə tutulduqlarını soruşdu. Dedim ki, oğlanlarım siyasi məhbusdur. Nəyə görə zəng etdiyini soruşduqda, elə belə maraqlandığını söylədi”.

Səbail rayonu, 41-ci polis bölməsinin növbətçi hissəsindən məsələyə şərh vermək istəməyiblər.

“Amnesty İnternational” təşkilatı Sirac və Fərəc Kərimli qardaşlarını “vicdan məhbusu” elan edib.

Ana səhifəXəbərlərRaqif Kərimli: ”Evimin önündə növbə çəkirlər”