“Məhkəmə sistemində mənim istədiyim vəziyyət də deyil, bunu da qəbul edirəm, amma…”
Prezident
İlham Əliyev
aprelin 20-də Ramiz Yaqub oğlu Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamı Meydan TV-yə şərh edən tanınmış vəkil Adil İsmayılov hesab edir ki, reallıqda Ali Məhkəmənin sədrliyə nazmiədlərdən Ramiz Rzayevdən layiqlisi yoxdur: “Çünki Ramiz Rzayev az-çox qanundan çəkinən və qanuna hörmət edən adamdır”.
“O zaman Avropa Məhkəməsinə göndərilən şikayətlər və məhkəmə sistemindən narazılıqları bu fonda necə dəyərləndirirsiniz” sualına vəkilin cavabı belə oldu: “Məhkəmə sistemində mənim istədiyim vəziyyət də deyil, bunu da qəbul edirəm. Amma mövcud reallıqda əın layiq namizəd Ramiz Rzayevdir”.