Ramiz Mehdiyevin kürəkəni ilə qudasına 15 sutka həbs cəzası

“Hər ikisinə hakim Şövkət Nəcəfova baxır”, – məhkəmədən bildirilib.

Source: Specify Source

Qudaların işinə Abşeron Rayon Məhkəməsində baxılır

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyuna görə məhkəmə prosesi keçirilir. Evlənən gənclərin – Fidan Əliyeva və Səid Mustafayevin hər ikisinin atası məhkəmə qarşısına çıxarılıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, qudaların hər ikisinin işinə Abşeron Rayon Məhkəməsində baxılır.

“Toy mərasimi Abşeron rayonu ərazisində keçirildiyinə görə orada baxılır. Həm Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat Əliyev İlham Əlisəftər oğlu, həm də qudası Mustafayev Rövşən Saleh oğlu haqqında İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsilə iş başlanıb. Onların işinə ayrı-ayrılıqda baxılır. Amma hər ikisinə hakim Şövkət Nəcəfova baxır”, – məhkəmədən bildirilib.

Məhkəmə İlhan Əliyevə və qudası Rövşən Mustafayevə 15 sutka həbs cəzası verib. Epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan İXM-in 211.1 maddəsinə əsasən, fiziki şəxslər 200 manatdan 400 manata, vəzifəli şəxslər isə 3000 manatdan 4000 manata qədər cərimələnə, yaxud da 1 aya qədər inzibati qaydada həbs oluna bilər.

Məhkəmədə ifadə verən polis əməkdaşı bildirib ki, toy günü gecə saat 23 radələrində Novxanıda İlham Əliyevə məxsus bağ evinə daxil olmaq istəsələr də, onlara imkan verilməyib. Onun sözlərinə görə, bağ evində həmin vaxt atəşfəşanlıq olub. Bu da diqqəti cəlb edib. Bu üzdən bağ evinə daxil olub, orada baş verənləri araşdırmaq istəyiblər. Rövşən Mustafayev isə bildirib ki, orada ara məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriblər.

"Həyətə daxil olmaq istədik, icazə vermədilər. 22 avqustda müəyyənləşdirdik ki, həmin gün Əliyev İlham Əlisəftər oğlunun nişan mərasimi olub. Orada Rövşən Mustafayev də iştirak edib. Əliyev İlhamın qudasıdır. Bağ evinin qarşısında 30-35 maşın vardı”, – deyə polis əməkdaşı bildirib.

İ.Əliyev və qudasının işinə baxan hakim Şövkət Nəcəfova vaxtilə jurnalist Seymur Həzinin də işinə baxaraq, onun 5 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarmışdı.

118309171_3878068868876407_5700722334615969159_o.jpg
Məhkəmə
Ana səhifəSiyasətRamiz Mehdiyevin kürəkəni ilə qudasına 15 sutka həbs cəzası