Ramiz Mehdiyev su ilə bağlı daha bir komissiyanın sədri təyin edildi

Dövlət Komissiyası su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırmalı, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirib təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir

Source:

foto prezident.az

Prezident İlham Əliyev su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb.

Komissiyanın sədri Ramiz Mehdiyev, üzvləri Abid Şərifov, Zeynal Nağdəliyev, Kəmaləddin Heydərov, Ramil Usubov,

Samir Şərifov, Şahin Mustafayev və digərləri təyin edilib.

“Dövlət Komissiyası su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırmalı, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirməli və texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir”,-deyə sərəncamda bildirilir.

Ana səhifəXəbərlərRamiz Mehdiyev su ilə bağlı daha bir komissiyanın sədri təyin edildi