Ramiz Mehdiyev loyal KİV-lərə yerlərini göstərdi

Mehdiyevin verdiyi kursun bir sıra hakimiyyətyönlü KİV-lərdə özünüsenzuranın artmasına və onların hətta məişət mövzularında ictimai fəallığının azalmasına gətirib çıxaracağını gözləmək olar

Source:


Mehdiyevin verdiyi kursun bir sıra hakimiyyətyönlü KİV-lərdə özünüsenzuranın artmasına və onların hətta məişət mövzularında ictimai fəallığının azalmasına gətirib çıxaracağını gözləmək olar

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müasir geosiyasi reallıqlar və qlobal informasiya şəbəkəsi şəraitində Azərbaycanın informasiya təhlükəsizliyi siyasətini müzakirə etmək üçün avqustun 29-da hökumət KİV-lərinin və hökumətyönlü KİV-lərin rəhbərləri ilə görüş keçirib. O, görüşün məqsədini məhz belə ifadə edib.

Mehdiyevin sentyabrın 1-də “Azərtac” dövlət agentliyi tərəfindən dərc edilmiş nitqi aşağıdakı şablon ifadələrdən ibarət idi: dövlət maraqları və milli maraqlar, dövlətin uğurları, Azərbaycanın dünyadakı böyük rolu, beşinci kolonna, beynəlxalq və daxili bədxahlar, casuslar və düşmən elementlər, satılmış QHT-lər və KİV-lər.

9 səhifədə əksini tapmış bu nitqdə administrasiya rəhbəri ilk növbədə bir daha xatırladıb ki, dövlətin informasiya siyasəti müsbət məqamlardan başqa heç nəyi qəbul etməyəcək və istənilən azadfikirlilik cəzalandırılacaq. Dövlət əleyhinə fəaliyyətin mənfi nümunəsi kimi “Azadlıq” qəzetini və “Azadlıq” radiostansiyasının Azərbaycan xidmətini, onların erməniyönümlü və digər xarici düşmən qüvvələrlə əməkdaşlığını göstərən Mehdiyev konkret hökumətyönlü KİV-lərin adını çəkmədən, onları müvafiq cəza tədbirləri ilə hədələyib.

Loyal KİV-lərin obstruksiyası üçün iyulun sonu-avqustun əvvəllərində Qarabağ cəbhəsində və Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş qarşıdurmaları bəhanə olub. Bu hadisələrin işıqlandırılması KİV və dövlət arasında qarşılıqlı fəaliyyətdə ciddi nöqsanları ortaya çıxarıb. Bu, hakimiyyətin əlaltısı olan medianın hadisələri sərbəst şəkildə şərh etməsində özünü göstərib. Amma bütün bunlar sadəcə bəhanədir, səbəb isə daha da dərində yerləşir və KİV-dən öz siyasi-maliyyə məqsədləri üçün istifadə edən müxtəlif oliqarxların nəzarəti altında olan bir sıra mətbuat orqanlarının Prezident Administrasiyasının siyasi nəzarətindən müəyyən dərəcədə çıxmasından ibarətdir. Faktiki olaraq, Mehdiyevin nitqində bu cür mətbuat orqanlarına və onların bilavasitə sponsorlarına pərdəarxası informasiya müharibəsinin davam etdiriləcəyi təqdirdə qisasla hədələyib.

Əvvəllər, 90-cı illərin ortalarında azad KİV-in boğulması və onlar üzərində nəzarət qurulması siyasəti Administrasiya tərəfindən həyata keçirilirdi, amma 2004-cü ildən oliqarxların KİV yaratması və onlar üzərində mərkəzləşmiş nəzarətin tədricən itirilməsi tendensiyası müşahidə olunur ki, bu da son vaxtlar siyasi-iqtisadi hakimiyyətin prezidentin əllərində cəmlənməsi fonunda özünü daha bariz şəkildə göstərir.

Mehdiyevin verdiyi kursun bir sıra hakimiyyətyönlü KİV-lərdə özünüsenzuranın artmasına və onların hətta məişət mövzularında ictimai fəallığının azalmasına gətirib çıxaracağını gözləmək olar. Bu, həmçinin onların hakimiyyətdaxili mübarizədə iştirakını məhdudlaşdıracaq, bu da Prezident Administrasiyası rəhbərinin düşmənlərinin informasiya mövqeyinin zəifləməsi demək ola bilər.

Bir çox ekspertlər və sadə vətəndaşlar Mehdiyevin nitqindən nəticə çıxararkən tənqidi əhval-ruhiyyətli KİV və QHT-lərin ünvanına tənqid və hədələrə daha çox diqqət yetiriblər, onların fikrincə, bunun ardınca media və vətəndaş rəqiblərə qarşı konkret tədbirlər gəlməlidir. Bu tədbirlərin yeni arqumenti kimi avqustun 29-da “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” adlı müxalif peyk televiziyasının əməkdaşı Seymur Həzinin həbsi göstərilir. O, həbs edilmiş jurnalistlər və blogerlər sırasında 14-cü oldu.

Amma qeyd etmək lazımdır ki, müxalif və müstəqil mətbuat həmişə Azərbaycanda müstəqil KİV institutunun, demək olar ki, məhvinə gətirib çıxarmış Administrasiyanın daimi təzyiqi altında olub. Artıq sınaqdan çıxarılmış prinsiplə azad mətbuatın qalıqlarının məhv edilməsi davam edəcək: “Başqalarını döy ki, özününkilər qorxsun”. Və jurnalistlərin həbsi və döyülməsi təcrübəsi göstərir ki, cavab reaksiyası kimi özünüsenzuranın xeyli artması ən çox loyal mətbuat arasında müşahidə edilir.

Bəyan edilmiş “qlobal təhlükələr şəraitində informasiya təhlükəsi” mövzusunun yalnız Mehdiyevin öz rəqiblərinə mesaj göndərməsi üçün platforma olduğunu bir fakt da sübut edir ki, tədbirdə iştirak edən hökumətyönlü KİV-lərin donanma kapitanlarına konkret fəaliyyət planı və tövsiyələr verilməyib, belə ki, ehtiyac olmadığı üçün belə bir plan hazırlanmayıb.

Ana səhifəXəbərlərRamiz Mehdiyev loyal KİV-lərə yerlərini göstərdi