O, Prezidentin İşlər müdiri təyin edilib
Sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib.
Bu barədə dövlət başçısı İlham Əliyevin yanvarın 26-da imzaladığı
sərəncam
da deyilir.
Prezidentin digər
sərəncam
ıyla Oqtay Şahbazov vəzifəsindən azad olunub.
Oqtay Şahbazov 1991-ci ildən Prezidentin İşlər müdirinin birinci müavini, 2016-ci ildən isə İşlər müdiri vəzifəsində çalışıb.
O, energetika naziri Pərviz Şahbazovun atasıdır.