Sabiq nazir Əli Abbasov ötən ilin 12 noyabrında “MTN işi” ilə bağlı vəzifəsindən azad edilib
Prezident Ilham Əliyevin sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilsin.
Sabiq nazir Əli Abbasov 2004-1015-ci illərdə nazirliyə rəhbərlik edib, o, ötən ilin 12 noyabrında “MTN işi” ilə bağlı vəzifəsindən azad edilib.