İyulun 29-da AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının konfransı keçirilib.
Konfransda carı məsələlərlə yanaşı PFL prezidenti vəzifəsinə yeni seçki də baş tutub. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
İndiyədək o, köməkçi hakim, layihə rəhbəri kimi çalışıb.
Qurum prezidentinin səhhətində problem olduğu bildirilir
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev istefa verib. Bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
.
Bildirilir ki, o, səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb.
14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub.
2 iyul 2008-ci ildə AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və o vaxtdan bu postdadır.
Ramin Musayev bir müddət öncə UEFA Çempionlar Liqasında Polşanın “Lex” komandasını mübarizədən kənarlaşdıran (0:1, 5:1) “Qarabağ”la da bağlı danışarkən uduzmuş komandanın adını ələ salıb. Bu açıqlaması sosial şəbəkələrdə tənqid olunub.