Ramil Usubova müraciət edən şəxs inzibati cəza alıb

Mitinqdə plakat açan Əziz Qəhrəmanov 20 sutkalıq həbs edilib

Source:


Mitinqdə plakat açan Əziz Qəhrəmanov 20 sutkalıq həbs edilib

Milli Şuranın oktyabrın 28-də keçirilən mitinqində daxili işlər naziri Ramil Usubova “Qardaşın qisasını qardaşdan almazlar” şüarlı plakat açan Əziz Qəhrəmanov oktyabrın 31-də Suraxanı rayon məhkəməsinin qərarı ilə polisə müqavimət adı ilə 20 sutka inzibatı cəza alıb.

Bu barədə vəkil Əsabəli Mustafayev noyabrın 3-də Binəqədi Müvəqqəti Saxlanılma Yerində Əziz Qəhrəmanovla görüşdən sonra “Facebook” səhifəsində məlumat paylaşıb.

Vəkil Əziz Qəhrəmanovun əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd edib.

Ə.Mustafayev məsələnin mahiyyəti barədə məlumat verərək, qeyd edib 90-cı illərin ortalarında Əziz bəy Polis Akademiyasında təhsil alırdı. Onun qardaşlarından biri OMON-da  işləyirdi. Sonra oradan tərxis olunaraq qazanc üçün Rusiyaya gedib. Bir qədər sonra Azərbaycanda OMON işi ilə bağlı onun haqqında axtarış elan olunub. Bu səbəbdən Əziz bəyi Akademiyadan çıxarılıb. Sonradan qardaşı ölkəyə qayıdıb və onun barəsində cinayət işinə xitam verilib. Buna baxmayaraq Əziz bəy akademiyaya bərpa olunmayıb. Bu illər ərzində Əziz bəy öz hüquqlarının bərpası üçün çoxlu səylər göstərib.

“31 oktyabr tarixində polislər onu evdən, ailə üzvlərinin gözü qabağından aparıblar. Sonra rəsmiləşdirirblər ki, oğurluq hadisəsinin araşdırılması ilə bağlı küçədə onu polis bölməsinə dəvət ediblər, lakin o bu tələbə tabe olmayıb. Polis əməkdaşlarını onun nazirə müraciət etməsi əsəbləşdirib”, – vəkil yazıb.

DİN tərkibində olan OMON-a qarşı 1995-ci il martın 17-də hökumət qüvvələri tərəfindən silahlı əməliyyat keçirilib. Əməliyyat nəticəsində OMON rəhbəri Rövşən Cavadov həlak olub. Onlarla OMON-çu həbs edilərək, məhkəmələrin qərarları ilə uzun müddətli azadlıqdan məhrum edilmə cəzası alıblar.

Ana səhifəXəbərlərRamil Usubova müraciət edən şəxs inzibati cəza alıb