Azərbaycanlı atlet “Diamond League”-in qalibi olub
Ramil Quliyev növbəti zəfərini qazanıb. Bu barədə xəbəri apasport.az yayıb.
Türkiyə millisinin atleti 27 yaşlı həmyerlimiz dünya çempionluğunun ardınca “Diamond League” (“Brilliant Liqa”) daha bir qızıl medala sahib olub.
Yarışların 2017-ci il Paris mərhələsində 200 m məsafəyə qaçışda ən sürətli olan sprinteri Birmingem mərhələsində də keçən olmayıb. İdmançı finiş xəttinə 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicini 0,09 saniyə qabaqlayıb.