Ramazan bazarı: “3 manatlıq pomidorla oruc açarlar?”

Bu il ərzaqlardakı qiymət artımı nəticəsində Ramazan süfrəsi daha baha başa gəlir. Gür ərzində 13 saat ac qalıb, özünü iftara saxlayanlar əllərini daha çox ciblərinə salmalı olacaqlar. İqtisadçılar ötən illə müqayisədə bu il bir nəfər üçün Ramazan xərcinin 32-35 faiz arta biləcəyini deyir. 

8-ci kilometr bazarındakı satıcılar supermarketlərin artması ilə bazar ənənəsinin bizmək üzrə olduğunu deyir. Piştaxta arxasında gününü keçirənlər daimi müştərilərinə ümid edirlər.

Ramazan ayının son günündə veriləcək fitrə zəkatının qiyməti də artıb. Qafqaz Müsəlmanları İdarəsinin qənaətinə görə bu məbləğ adambaşına 10-15 manat nəzərdə tutulur.

Ana səhifəVideoRamazan bazarı: “3 manatlıq pomidorla oruc açarlar?”