Ramazan ayının başlaması ilə bağlı fətva verildi

Nazirlər Kabinetinin qərarı ilə Ramazan bayramı münasibətilə 5-6 iyun qeyri-iş günləri olacaq

Source: google.az


Nazirlər Kabinetinin qərarı ilə Ramazan bayramı münasibətilə 5-6 iyun qeyri-iş günləri olacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Fətva aprelin 29-da QMİ-nin iclasında elan edilib.

Fətvaya əsasən Azərbaycanda Ramazan ayının ilk günü may ayının 6-na təsadüf edir. Qeyd olunur ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, bu il Ramazan ayının 1-i Miladi tarixilə mayın 6-na təsadüf edir.

"Ay göründüyü andan Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür",- QMİ QŞ-nin fətfasında deyilir.

Fətvada vurğulanır ki, Fitr bayramı (Şəvval ayının 1-i) iyunun 5-nə təsadüf edəcək.

Nazirlər Kabinetinin qərarı ilə Ramazan bayramı münasibətilə 5-6 iyun qeyri-iş günləri olacaq (Turan İA).

Ana səhifəXəbərlərRamazan ayının başlaması ilə bağlı fətva verildi