Rahim Hacıyev: Sentyabrın 5-də ”Azadlıq” bağlana bilər

“Sentyabrın 5-ə bir xeyli vəsait ödəməsək, qəzetin çapı dayandırıla bilər. Səbəb isə borcla yanaşı, həm də qəzetə yaradılan əlavə problemlərdir”. Bu barədə Meydan TV-yə “Azadlıq” qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev deyib.

Source:
Azadlıq qəzeti

“Sentyabrın 5-ə bir xeyli vəsait ödəməsək, qəzetin çapı dayandırıla bilər. Səbəb isə borcla yanaşı, həm də qəzetə yaradılan əlavə problemlərdir”. Bu barədə Meydan TV-yə “Azadlıq” qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev deyib.

O, bildirib ki, qəzetin sentyabrın 2-ə olan sayı böyük çətinliklə nəşr olunub. Səbəb isə “Azərbaycan” nəşriyyatının yaranmış borca görə qəzetin çapından imtina etməsidir. “Əvvəlcə borca görə çapdan imtina etdilər. Sonra borcun böyük hissəsinin ödənməsi üçün qəzetə sentyabrın 5-dək vaxt verdilər”, – deyə R.Hacıyev bildirib.

R.Hacıyev son illər “Azadlıq” qəzetinin müxtəlif təzyiqlər üzündən maliyyə sıxıntısı yaşadığını da dedi: “Durum yayım direktoru Faiq Əmirlinin həbsindən sonra daha da ağırlaşıb. Çünki qəzetin satışından əldə olunan vəsaitlə bağlı bank əməliyyatları aparılması mümkün deyil. Problemin həlli üçün hansısa şəxsə bank əməliyyatları aparmaq səlahiyyəti verilməlidir. Müraciət etdiyimiz dövlət orqanı imza nümunəsini təsdiqləməkdən imtina edir. Ona görə də, redaksiyanın bank hesabındakı vəsaiti götürə bilmirik. Vəziyyət belə davam etsə, “Azadlıq”ın yalnız iki nömrəsi nəşr oluna bilər”.

2016-cı ilin mart ayına olan məlumata görə, “Qasıd” firması qəzetin “Azadlıq” qəzetinin satışdan gələn 70 min manat gəlirini ödəməyib, qəzetin nəşriyyata olan borcu isə 20 min manatı keçib.

Ana səhifəXəbərlərRahim Hacıyev: Sentyabrın 5-də ”Azadlıq” bağlana bilər