Rahat olun, #Baku2015-in #shotunuvermishik (VİDEO)

Fevralın 26-da bir xəbər ölkə gündəmini dəyişdi. Britaniyanın


“Guardian” qəzeti məlumat yaydı ki,


Bakıda keçiriləcək ilk Avropa oyunlarının təşkilatçısı olan Azərbaycan Britaniya idmançılarının yarışa qoşulacağı təqdirdə idmançıların bütün xərclərini qarşılayacaq. “Guardian” bildirir ki, təşkilatçılar bu addımı hüquq-müdafiə qruplarının hökumətin söz azadlığına təzyiqləri ilə bağlı hücumlarının təsiri altında atıblar. Xəbərə görə, Britaniya Olimpiya Assosiasiyası iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa oyunlarına 160 atlet göndərəcək ki, bu da keçən il Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarına göndərilmiş idmançıların sayından üç dəfə çoxdur.



Avropa Olimpiya Komitəsi və Bakı 2015 Təşkilat Komitəsi birgə məlumat yayaraq, məsələyə aydınlıq gətirdilər.


Dedilər ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olub.

“Avropa oyunlarında, Dünya Çempionatlarında və bu kimi nüfuzlu yarışlarda çox ciddi sponsor dəstəyi olur. Bu tip hallarda xərclərin çox hissəsini həmin sponsorlar qarşılayır”. Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir. O əlavə edir ki, Azərbaycanda vəziyyət tamam başqadır.

“Amnesty International” və “Human Rights Watch” kimi hüquq-müdafiə təşkilatları Azərbaycanda müxalif səslərin boğulması cəhdlərinin 18 olimpiya və qeyri-olimpiya idman növü üzrə 5000-dən çox idmançının iştirak edəcəyi oyunlara kölgə saldığını deyən və prezident İlham Əliyev rejimini tənqid edən yazılar dərc edib.

Təşkilatlar həm də Azərbaycanda təqribən 100 siyasi məhbusun olduğunu onların arasında onlarla jurnalist və demokratiya təbliğatçısının da saxta ittihamlarla həbsdə saxlandığını bildirib.

Bəs Azərbaycana bu oyunları keçirməyin hansısa avantajları varmı? Bunu Natiq Cəfərli belə cavablandırır.

Onu da nəzərinizə çatdıraq ki, zaman-zaman olimpiya oyunları üçün tikilən kompleksdə


işçilər maaşların verilməməsi ilə əlaqədar aksiya keçirərək, yolu bağlayıblar.

Fevralın 26-da xəbər çıxdıqdan sonra gənclər müxtəlif sosial şəbəkələrdə virtual aksiyası keçirərək, Azərbaycanın Britaniya idmançılarının yarışa qoşulacağı təqdirdə idmançıların bütün xərclərini qarşılamasına etriraz ediblər. Onlar


#shotuvermishik





#Baku2015


haştaqları ilə müxtəlif capslar, statuslar və tweetlər paylaşıblar.

Ana səhifəVideoRahat olun, #Baku2015-in #shotunuvermishik (VİDEO)