Rafiq Tağının işi ilə bağlı şikayət təmin edilmədi

Müdafiə tərəfi Avropa Məhkəməsinə üz tutacaq

Source:


Müdafiə tərəfi Avropa Məhkəməsinə üz tutacaq

Mayın 15-də Bakı Apellyasiya Məhkəməsi yazıçı-publisist Rafiq Tağının qətli üzrə aparılan istintaqın dayandırılması qərarından şikayəti təmin etməyib. Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə qalıb.

Vəkil Elçin Sadıqov istintaqın əsassız dayandırılmasından şikayət vermişdi. Müdafiə tərəfi Rafiq Tağının qətlinin üstünün açılmamasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək (Azadlıq Radiosu).

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb. Noyabrın 23-də aldığı xəsarətlərdən vəfat edib. İstintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də cinayət işi üzrə icraatı dayandırıb.

Ana səhifəXəbərlərRafiq Tağının işi ilə bağlı şikayət təmin edilmədi