Radaya seçkilər: Ukrayna parlamentinə hansı partiyalar keçəcək

“Reytinq” sosioloji qrupunun məlumatlarına görə, seçicilərin 49,5%-i Xalqın Xidmətçisi Partiyasına səs verməyə hazırdır. Zelenskinin partiyası parlamentdə çoxluğa nail olacağına – 226 yer götürəcəyinə iddialıdır.

Source: Громадское


“Qromadski”

nin materialları əsasında

Bu bazar Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək. Xalq deputatlarının yarısı majoritar, yarısı isə proporsional sistemlə seçiləcək. Ali Radada 424 mandata altı min namizəd iddia edir. Çoxluq namizədliyini majoritar sistemlə, bir hissə isə partiya siyahıları ilə irəli sürüb. Seçkilərə ümumilikdə 22 partiya qatılıb, lakin sosioloji sorğulara görə, onlardan yalnız beşi beş faizlik baryeri aşa biləcək. Prezident Zelenskinin partiyası böyük ehtimalla parlamentdə çoxluğa nail olacaq, əsas müxalifət isə Rusiyayönümlü “Müxalif platforma” sayılır. Radaya hansı partiyalar keçəcək və onları kim təmsil edəcək.


Xalqın xidmətçisi

“Reytinq” sosioloji qrupunun məlumatlarına görə, seçicilərin 49,5%-i Xalqın Xidmətçisi Partiyasına səs verməyə hazırdır. Zelenskinin partiyası parlamentdə çoxluğa nail olacağına – 226 yer götürəcəyinə iddialıdır. Bunun üçün partiya siyahısı ilə keçəcək 130-140 deputata majoritar qaydada seçiləcək 100 deputat əlavə olunmalıdır.

Əsas simalar

Xalqın Xidmətçisinin ən tanınan nümayəndəsi, şübhəsiz ki, Ukraynanın prezidenti və şoumen Vladimir Zelenskidir. Radada olacaq əsas simalar arasında partiyanın rəhbəri və Zelenskinin qərargahının sabiq spikeri Dmitri Razumkov, prezident məsləhətçisi və partiyanın baş ideoloqu Ruslan Stefançuk, komandanın hüquqi məsələlər üzrə eksperti İrina Venediktovadır.

Proqramın əsas bəndləri

  • Aİ Assosiasiya müqaviləsinin yerinə yetirilməsi, Aİ və NATO ilə əməkdaşlığın genişləndirilməsi
  • Açıq siyahı ilə proporsional seçki sistemi – bu cür sistemdə seçicilər təkcə partiyaya səs vermir, həm də partiya siyahısından konkret namizədi seçirlər
  • İmtiyazların monetizasiyası

Rusiya və işğal olunmuş ərazilərlə necə davranmalı

Rusiya informasiya müharibəsi aparmalı. Partiya işğal olunmuş əraziləri informasiya siyasəti hesabına reinteqrasiya etməyi və Donbas əhalisini “mental” olaraq geri qaytarmağı planlaşdırır.


Müxalif platforma – Həyat naminə

Müxalif platforma – Həyat Naminə Partiyası, “Reytinq”in məlumatlarına görə, 10,5% səs toplamalıdır. Bu cür nəticə Rusiyayönümlü partiyaya Radada 40 deputatla təmsil olunmaq və öz üzərinə əsas müxalifət rolunu götürmək imkanı verəcək.

Əsas simalar

Rusiyayönümlü partiyanı təmsil edən əsas simalar prezidentliyə namizəd olmuş və dördüncü nəticə (11,67%) göstərmiş Yuri Boyko, biznesmen və partiyanın qurucularından biri Vadim Rabinovuç və Putinə yaxınlığı ilə tanınan, əsirlərin dəyişdirilməsi sahəsində qeyri-rəsmi danışıqların aparıcısı Vadim Medvedçukdur. Ötən ay Medvedçuk dövlət mandatından istifadə etmədən 4 ukraynalı əsirin azad edilməsinə nail olub.

Proqramın əsas bəndləri

  • Çoxvektorlu siyasət, Rusiya və MDB ilə münasibətlərin bərpa olunması
  • Dil, dekommunizasiya və lyustrasiya qanunlarının ləğvi
  • Rusiyadan birbaşa təchizat hesabına qaz tariflərinin iki dəfə aşağı salınması

Rusiya və işğal olunmuş ərazilərlə necə davranmalı

Dost olmalı və danışıqlar aparmalı, o cümlədən danışıqlar birbaşa silahlılarla həyata keçirilməlidir. Ümumiyyətlə, Ukraynanın ikinci nüfuzlu partiyasının əsas fokusu Rusiya ilə dostluqdur.


Avropa həmrəyliyi

Pyotr Poroşenkonun may ayında adı dəyişilərək Avropa həmrəyliyi qoyulmuş keçmiş “Həmrəylik” Blokunu seçicilərin 7,7%-i müdafiə edir. Prezident seçkilərindəki məğlubiyyətdən sonra Pyotr Poroşenko əsas diqqətini parlament seçkilərinə yönəldib. Partiyanın adının dəyişdirilməsi, könüllülərin, Avropa inteqrasiya tərəfdarları və hərbçilərin hesabına “yeni qan” da bununla bağlıdır.

Əsas simalar

Əsas sima, təbii ki, sabiq prezident Pyotr Poroşenkodur. Poroşenko birmandatlı dairələrə özünün yaxın dostu, korrupsiya sxemlərində ittiham olunan İqor Kononenko tipli odioz fiqurları “yerləşdirib”. Partiya siyahısının ilk üçlüyündə Poroşenkonun, Ali Radanın sədri Andrey Parubinin və Parubinin birinci müavini İrina Geraşenkonun adları var.

Proqramın əsas bəndləri

  • Aİ-yə üzvlük və NATO-ya üzvlüklə bağlı Hərəkət Planının əldə edilməsi
  • İnzibati prosedurların sadələşdirilməsi hesabına korrupsiya ilə mübarizə
  • Milli-vətənpərvər tərbiyə

Rusiya və işğal olunmuş ərazilərlə necə davranmalı

Rusiya təzyiqi davam etdirməli. “Avropa həmrəyliyi”ndə əmindirlər ki, sanksiyalar və güclü Ukrayna ordusu Rusiyanı işğal olunmuş ərazilərdən çəkilməyə məcbur edəcək.


Batkivşina

Yuliya Timoşenkonun partiyası sorğulara əsasən 6,9% səs toplayır. Üç dəfə prezidentliyə namizəd olmuş, sonuncu seçkilərdə üçüncü yerə çıxmış Yuliya Timoşenko Baş nazir kürsüsünə iddialıdır. “Batkivşina”nın seçkiqabağı kampaniyasının əsas şüarı – növbəti baş naziri seçin.

Əsas simalar

Partiyanın əsas siması Yuliya Timoşenkodur. Seçki siyahısının ilk üçlüyündə onunla bərabər deputat və biznesmen Sergey Tarutanın, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Valentin Nalivayçenkonun adları var.

Proqramın əsas bəndləri

  • Aİ-yə üzvlük və NATO-ya üzvlüklə bağlı Hərəkət Planının əldə edilməsi
  • Ukrayna qazından istifadə hesabına qaz tariflərinin iki dəfə azaldılması
  • Fərdi təqaüd ödəmələri və illik indeksasiya

Rusiya və işğal olunmuş ərazilərlə necə davranmalı

Ərazilərlə diplomatik yolla geri qaytarmaq. “Batkivşina” danışıq qrupuna ABŞ və Böyük Britaniyanı da əlavə etməyi, danışıqlar vasitəsi ilə işğal olunmuş Krım və Donbası geri qaytarmağı düşünür.


Qolos

“Reytinq” Svyatoslav Vakarçukun “Qolos” Partiyasını 5,9% keçid balla beşinci yerdə yerləşdirir. “Okean Elzı” qrupunun lideri – ad çıxarmış və uzun hekayəti olan siyasətçi 2007-ci ildə xalq deputatı olub, hərçənd bir neçə aydan sonra mandatından imtina edib. Vakarçuk Narıncı inqilabda və Avromaydanda fəal iştirak edib.

Əsas simalar

Svyatoslav Vakarçuk partiyanın əsas simasıdır. Bir çoxlarının prezidentliyə namizdə kimi gördüyü, ancaq martda seçkilərə getməyərək aktiv kassinqlə məşğul olan Vakarçuk həmin vaxt öz siyasi partiyasını reklam etmirdi. Vakarçukun partiyasında vətəndaş fəalları, ekspert cəmiyyətinin və orta biznesin nümayəndələri toplanıb. Partiya siyahısının ilk üçlüyündə iqtisadçı Yuliya Klimenko və işgüzar qadın Kira Rudik var.

Proqramın əsas bəndləri

  • Aİ-yə və NATO-ya üzvlük
  • İqtisadiyyatda inhisarçılığın ləğvi və oliqarxların nüfuz dairəsinin aradan götürülməsi
  • Antikorrupsion strukturların inkişafı və yararsız strukturların ləğvi

Rusiya və işğal olunmuş ərazilərlə necə davranmalı

Donbası qansız yolla qaytarmalı və onun əhalisinin reinteqrasiyası. Vakarçukun partiyası yaraqlılarla – Kremlin nəzarətində olan terrorçu qruplarla istənilən əməkdaşlığın əleyhinədir.

Beşfaizli baryeri keçməyə ümidi olan digər partiyalar “Güc və şərəf” və “Müxalif blok”dur. “Güc və şərəf”i seçicilərin 3,8%-i, nüfuzuna görə ikinci Rusiya yönlü partiya olan “Müxalif blok”u isə 3,1% müdafiə etməyə hazırdır.

Svetlana Kozlova, “Mediaset”

Ana səhifəXəbərlərRadaya seçkilər: Ukrayna parlamentinə hansı partiyalar keçəcək