Rəqsanə İsmayılovanın həyat yoldaşına qarşı da cinayət işi açılıb

Rəqsanə İsmayılova. Foto: şəxsi İnstagram səhifəsi


Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanova cinayət işi açılıb. “Qafqazinfo”nun məlumatına görə, Fazil Əmiraslanov da Rəqsanə İsmayılova ilə eyni iş üzrə xüsusilə külli miqdarda mənimsədə ittiham olunur. 

Vəkil Ramal Şahmarov bildirib ki, Əmiraslanov təqsirləndirilən şəxs qismində tanınsa da, həbs olunmayıb. Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. 

Rusiya vətəndaşı olan Fazil Əmiraslanovun ölkədən çıxışına qadağa qoyulub. 

Bundan əvvəl Fazil Əmiraslanov özünün və iki azyaşlı övladının təhlükəsizliyini təmin etməsi və ölkəsinə qayıtması üçün Rusiya səfirliyindən yardım istəmişdi. 

Müğənni Rəqsanə İsmayılova avqustun 16-da həbs edilib.

O, iki nəfərin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməkdə ittiham olunur.

Müğənninin barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu maddə ilə (dələduzluq xüsusilə külli miqdarda törədildikdə) müğənniyə 14 ilə qədər həbs cəzası verilə bilər. 

Ana səhifəXəbərlərRəqsanə İsmayılovanın həyat yoldaşına qarşı da cinayət işi açılıb