Qvatemalada vulkan nəticəsində 65 nəfər həlak olub

Ölkədə matəm elan edilib

Source:
Qvatamela
Qvatamela


Ölkədə matəm elan edilib

Bazar günü, iyunun 3-dən Qvatemalada “Fueqo” vulkanının püskürməsi nəticəsində həlak olanların sayı 65 nəfərə çatıb.

Xəsarət alanların arasında vəziyyəti ağır olan insanların sayı çox olduğundan, həlak olanların sayının artacağı gözlənilir.

Hadisə yerində xilasetmə işləri davam edir. Üç mindən çox insan evlərindən təxlis ediliblər. Ümumilikdə hadisə baş verən regionda 1,7 milyon insan yaşayır. Hökumət vətəndaşlara müraciət edərək, çaylardan kənar dayanmağı məsləhət görüb. Belə ki, çaylar vasitəsilə daş və lava gəlir.

14 min əhalisi olan El-Rodeo şəhəri və La-Libertad kəndi lava altında qalıb. Bir çox insanlar öz evlərində həlak olublar.

Vulkan püskürməsi 2018-ci ildə Qvatemalada ikinci dəfədir ki, qeydə alınır. Birinci püskürmə yanvar ayında olmuşdu.

Ana səhifəXəbərlərQvatemalada vulkan nəticəsində 65 nəfər həlak olub