“Quzuların səssizliyi” filmi

Mənbə: https://ago.ca/events/

Başlıq: “Quzuların səssizliyi” filmi

“Quzuların səssizliyi” filminin çəkildiyi ev otel olacaq

Otel sahibi qiymətlərin ucuz olacağını bildirib

“Quzuların səssizliyi” (“The Silence Of the Lambs”) triller filminin çəkilişləri aparılan ev otel olacaq.

Binanı alan şəxs Kris Rouen məkanı filmdəkinin eynisi olan əşyalarla bəzəməyi planlaşdırır. Hazırda evdə təmir işləri gedir.

Bir neçə aydan sonra çox da baha qiymətə olmayacaq otelin açılışı planlaşdırılır.

Film Tomas Harrisin “Quzuların səssizliyi” (1988-1991) əsəri əsasında ekranlaşdırılıb.

Rejissor Conatan Demmi çəkilişləri Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda aparıb.

Əsas rollarda amerikalı aktyorlar - Entoni Hopkins və Cudi Foster çəkilib.

Kino beş kateqoriya üzrə “Oskar” mükafatına layiq görülüb.

Film dəfələrlə kino tarixinin ən yaxşı trillerlərindən biri kimi tanınıb.

2011-ci ildə isə “böyük mədəni, tarixi və ya estetik əhəmiyyətə malik” film kimi ABŞ Milli Film Reyestrinə daxil edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6kfjw5

Ən çox baxılan