Quru meyvələrin idxal qiymətləri açıqlandı

Gömrük Komitəsi yayılmış xəbərlərə münasibət bildirdi

Source:

Gömrük Komitəsi yayılmış xəbərlərə münasibət bildirdi

Son dövrlər bir sıra kütləvi informasiya vasitələrində respublikaya idxal olunan bəzi malların, xüsusilə quru meyvələrin gömrük orqanlarında rəsmiləşdirildiyi qiymətlərlə həmin malların daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması barədə məlumatlar yayılır.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, mütəmadi olaraq daxili bazarın monitorinqini aparır, xüsusən bayram və mövsümi dəyişikliklər ərəfəsində daxili bazarın vəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətlərini prioritet məsələ kimi nəzarətdə saxlayır.

Komitənin məlumatında deyilir: “Novruz bayramı ilə əlaqədar DGK tərəfindən bu yaxınlarda araşdırma aparılıb və quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrük dəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil aparılıb. Sonuncu aparılan araşdırmalar üzrə qiymətlər aşağıdakı cədvəldə verilib:

Qeyd olunan malların idxalı ilə bağlı mövcud statistik məlumatların təhlili göstərir ki, kütləvi informasiya vasitələrində təqdim olunan “idxal qiymətləri” Dövlət Gömrük Komitəsinin məlumat bazasında olan sahibkarlar tərəfindən faktiki bəyan olunmuş gömrük dəyəri göstəricilərindən tamamilə fərqlənir. Məlumat üçün bildiririk ki, bir il ərzində 50-dən artıq yerli şirkətlər quru meyvə idxal edib. Bu da daxili bazarda inhisarçılığın olmamasını bir daha göstərir”.

Məlumatda deyilir ki, malların gömrük rəsmiləşdirilməsi  sahibkarlar tərəfindən gömrük orqanlarına bəyan olunan gömrük dəyəri əsasında aparılır və gömrük ödənişləri gömrük dəyəri əsasında hesablanır. Gömrük dəyəri anlayışı malın faktiki bazar qiyməti anlayışından fərqli iqtisadi kateqoriyadır və onun digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da malların faktiki satış qiymətindən fərqlənməsi tam təbiidir: “Belə ki, malların satış qiyməti sahibkarlar tərəfindən müəyyən edilir və gömrük dəyəri ilə yanaşı, eyni zamanda müxtəlif gömrük ödənişlərini (gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımlar və s.) ehtiva edir. Bu qiymətlər digər iqtisadi amillərlə yanaşı, əsasən tələb və təklif arasında nisbətdən və bazarın liberallıq dərəcəsindən asılıdır. Eyni zamanda, daxili bazarda satış qiymətlərinə həmin malların təklifi ilə bağlı alıcıların rasional gözləntiləri, mövsümi dəyişikliklər, bayram öncəsi alıcılar arasında ajiotaj və s. kimi daha mürəkkəb faktorlar təsir edir. Məsələn, cədvəldən də göründüyü kimi “badam, qabığı təmizlənmiş:” ölkəmizə idxal olunarkən gömrük orqanlarına bəyan edilən qiyməti 28 manat olduğu halda bazarlarda 18-23 manata satılır. Bu da respublikamızda yetərincə istehsal olunan badamın rəqabətdə üstünlüyü ələ alaraq bazarlarda artıq özünə yer tapması deməkdir və bu amil bir daha sübut edir ki, idxal qiymətləri satış qiymətlərinin formalaşmasında mühüm rol oynamır.

Əlavə olaraq, idxal əməliyyatları adətən malların böyük partiyalarla alqı-satqısını ehtiva edən müqavilələr çərçivəsində həyata keçirilir. Həmin müqavilələrlə müəyyən olunan qiymətlər malların daxili bazarda pərakəndə satış qiymətlərindən fərqlənir.

Bir neçə gün öncə iqtisadçı Natiq Cəfərli də öz Facebook səhifəsində yayılan məlumatların yanlış olduğunu demişdi. Onun fikrincə, gömrükdə malların ucuz qiymətə rəsmiləşdirilməsi korrupsiya ilə bağlıdır: “İnsanları çaşdırmayın, dünyanın heç yerində, məsələn, kilosu 75 qəpiyə (47 sentə) qoz ləpəsi yoxdur ki, o qiymətə alıb, ölkəyə gətirəsən. Belə bir yer varsa, bilən xəbər eləsin, gedək tonlarla alaq, başqa ölkələrdə sataq. Ya da dünyanın harasında kilosu 35 qəpiyə (22 sentə) badam ləpəsi var? Gömrükdə belə qiymətlərlə rəsmiləşdirmənin tək səbəbi var idi: Korrupsiya! Yəni, gətirilən mallar ucuz qiymətə rəsmiləşdirilirdi ki, büdcəyə daha az rüsum ödənilsin, büdcəyə getməli olan vəsait ciblərə getsin”.

Ana səhifəXəbərlərQuru meyvələrin idxal qiymətləri açıqlandı