Qurban Qurbanov: Millimiz bu ada layiq idi

”Roman Qriqorçuk, Robert Prosineçki də seçilsəydi, onları təbrik edərdim”

Source:
foto Meydan TV
foto Meydan TV


”Roman Qriqorçuk, Robert Prosineçki də seçilsəydi, onları təbrik edərdim”

“Mənim üzərimə böyük yük düşür. Bundan sonra daha yaxşı nəticələr qazanmalıyam, komandam daha yaxşı futbol oynamalıdı. Digər namizədlər, Roman Qriqorçuk, Robert Prosineçki də seçilsəydi, onları təbrik edərdim. Bu il millimiz tarixində ilk dəfə 4 oyunda 7 xal topladı. Fikrimcə, onlar da bu ada layiq idilər”.

Bu sözləri dekabrın 15-də keçirilən mükafatlandırma mərasimində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun Azərbaycan mətbuatının səsverməsi ilə 2016-cı ilin ən yaxşı məşqçisi seçilib.

44 yaşlı mütəxəssisə mükafatı Komanda.az-ın baş redaktoru Rəşad Ergün təqdim edib.

foto Meydan TV
foto Meydan TV

Qurban Qurbanovun özü də bəzi jurnalistlərə mükafat verib.

Tədbirə gəlməmişdən əvvəl anası ilə danışdığını və anasının ona bir il öncə evlərindən reportaj hazırlamış jurnalistə də hədiyyə almasını tapşırdığını bildirib:

“Tədbirə gəlməmişdən öncə anam hara getdiyimi soruşdu. Bura gəldiyimi dedikdə isə bir il öncə evimizdən reportaj hazırlamış jurnalistə də hədiyyə almağımı istədi. Mən də onun sözünü yerinə yetirdim”.

Qurbanovun bəhs etdiyi jurnalist – “Futbol +” qəzetinin əməkdaşı Rəşad Qasımov tədbirdə olmadığından, onun mükafatı təmsil etdyi qəzetin digər əməkdaşına təqdim edilib.

Səsvermədə 64 mətbuat orqanından 70 jurnalist iştirak edib. 47 səs toplayan Qurbanov 7-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi seçilib.

Ana səhifəXəbərlərQurban Qurbanov: Millimiz bu ada layiq idi