“Mən prezidentin bu istiqamətdəki addımlarının səmimi olmasını istərdim”
Tanınmış vəkil, keçmiş vicdan məhbusu Qurban Məmmədovla Azərbaycanda sahibkarların özbaşınalıqlarla üzləşməsi, qanun və hüququn hansı vəziyyətdə olması, xüsusən MTN-də son hadisələr ətrafında söhbətləşdik.
–
Qurban bəy, Facebook-dakı son statsuslarınızda sahibkarlarının sıxışdırılması fikirləri çoxluq təşkil edir və yalnız MTN ittiham olunmur. Bu mənada başqa nazirliklərin də bu qanunusuzluqlarda iştirakını demək olarmı?
Qurban bəy, Facebook-dakı son statsuslarınızda sahibkarlarının sıxışdırılması fikirləri çoxluq təşkil edir və yalnız MTN ittiham olunmur. Bu mənada başqa nazirliklərin də bu qanunusuzluqlarda iştirakını demək olarmı?
– Azərbaycanda sahibkarlığın sıxışdırılmasından söhbət gedə bilməz, çünki olmayan şey sıxışdırılmır. Azərbaycanda sahibkarlığa şərait varmı? Olanlar hamısı görüntülərdi. Birmənalı olaraq hamımız bilməliyik, monopoliya olan ölkədə sahibkarlıqdan söhbət gedə bilməz. Olsa-olsa iş bacaran adamların bir ağanın əlinin altında nökərçiliyindən danışa bilərik. Ona görə Azərbaycanda sahibkarlığın sıxışdırııdığını düşünmürəm.
–
O zaman Respublika Prokurorluğunun MTN işi ilə bağlı son açıqlamasında 50-dən sahibkarın müraciətini yada salaq. Həmin şəxslər kimdir?
O zaman Respublika Prokurorluğunun MTN işi ilə bağlı son açıqlamasında 50-dən sahibkarın müraciətini yada salaq. Həmin şəxslər kimdir?
– Onlar Azərbaycanda sahibkarlığın imitasiyasıdır. Klassik mənada sahibkarlıq yalnız qanunlar çərçivəsində iş quran, ticarətlə məşğul olan, istehsalçılara deyilir. Azərbaycanda isə bu şərait və imkan yoxdur. Respublika Prokurorluğunun məlumatından belə çıxır ki, MTN-nin yüksək rütbəli məsulları Azərbaycanın bir sıra vətəndaşlarından xərac toplayıblar. Bu isə onların sahibkar olub-olmamasından asılı deyil. Azərbaycanda ayda 5 min manatdan artıq gəliri olan istənilən adam həmin cinayətkar qruplarımn nəzarətindəymiş, onlardan xərac toplanırmış. Amma ayda 5 min manat gəliri olmaq o demək deyil ki, insan mütləq sahibkar olmalıdır. Sahibkar anlayışı tamam başqa bir şeydir. Bunlar sözün əsl mənasında rəsmi reketçiliklə məşğul olublar, dövlət oprqanı adı altında reketçilik fəaliyyəti həyata keçiriblər, dövlət təhlükəsizliyin yox. Ona görə son hadisələrə bir qədər geniş və başqa rakursdan baxmaq lazımdır.
–
Məsələn, hansı
?
Məsələn, hansı
?
– Bütün bu cinayət hərəkətləri rəsmi dövlət orqanının adı altında gizlənən, dövlətin verdiyi səlahiyyətlərdən sui-istifadə edən, dövlətin onların üzərindəki qalxan funksiyasından bəhrələnən adamlar tərəfindən törədilib. Hesab etmirəm ki, RP-nun dediyi kimi onların sayı 21 nəfərdir. Azərbaycanda istintiqda, məhkəmə orqanlarında şahidlərə və zərərçəkənlərə göstərilən münasibət bizim bir çox insanlarımızı başlarına gələn cinayətləri gizlətməyə məcbur edir. Zərərçəkmişlər hesab edirlər ki, onlara vurulan 10-20 min manat ziyana görə gedib polisə şikayət etsələr, işin araşdırılması zamanı daha 30-50 min manat ziyana düşəcək və abır-həyaları gedəcək. Nəticədə nəinki hüquqlarını bərpa edəcək, əksinə düşmən qazanacaqlar, növbəti təzyiq və təqiblərə məruz qalacaqlar. Siz elə bilirsiniz ki, RP-nin məlumatında qeyd olunan 57 sahibkarın ziyanı özlərinə qaytarılacaq?
–
Məgər, qaytarılmayacaq?
Məgər, qaytarılmayacaq?
– Təbii qaytarılmayacaq, çünki baş verən hadisələr dediklərimi təsdiqləyir. MTN-dəki hadisələrin yalınız Eldar Mahmudov və Akif Çovdarovla əlaqələndirilməsi kökündən yanlışdır. Bu, sistem, dövlət intizami və qanunçuluq məsələsidir. Deməli, MTN-dəki hadisələr, Daxili İşlər Nazirliyində də, Respublika Prokurorluğunda da, vergi orqanlarında da, Dövlət Reyestr Xidmətində də, hər bir dövlət orqanında olduğu kimi təkrarlanır. Təkcə Dövlət Reyestr Xidmətində baş verən rüşvətxorluq və korrupsiya sistemi vətəndaşlara rəsmi qəbz verməklə həyata keçirilir. Bunu bütün Azərbaycan bilir, amma hamı susur. DİN-in, MTN-nin əli ilə qanunsuz olaraq şərləyib həbsxanaya dolduran rəsmi strukturların ardıcılığına baxın: istintaq orqanı, iş gəlir prokurorluğun masasına, prokurorluq onu təsdiqləyib məhkəməyə göndərir. İşi birinci instansiya araşdırır, ordan Apellyasiya Məhkəməsinə və ardınca Ali Məhkəməyə, hər birində 3 hakim iştirak edir. Hamısı da qanunsuz ittihamnaməni təsdiqləyir. Adamlar da qanunsuz olaraq ağır cinayətlərə məhkum edilirlər, bu adamların ailə problemləri başlayır, uşaqları başsız qalır, sağlamlıqlarını itirirlər və s. İndi gəlin sual edək; əgər prokurorluq yerində olsaydı, yəni qanuna müvafiq işləsəydi, belə olardımı? Bu gün bəyanatlara imza atan baş prokuror Zakir Qaralov, onun müavinləri, istintaqa nəzarət edən Rüstəm Usubov yerində olsaydı, Ali Məhkəmənin sədrindən başlamış sıravi hakimlərə qədər, bu adamlar vəzifələrini qanuna uyğun yerinə yetirsəydilər, ləyaqətlə davransaydılar, bütün bu qanunsuzluqlar baş verə bilərdimi? Xeyr! Dünyada dövlət mexanizmləri ona görə qurulur ki, qanunsuzluq hər hansı mərhələdə durdurula bilsin. Bizdə ona görə mümkün deyil ki, sistem, rejim özü korrupsiya və rüşvətxorluq münasibətləri üzərində dayanıb. Korrupsiya bu rejimin həyat və yaşam tərzidir. Bu baxımdan son hadisələr tamam başqa məqsədlərlə həayata keçirilir, burada dövlətçilikdən və dövlət maraqlarından söhbət getmir. Görünür, Eldar Mahmudov həddini aşaraq kiminsə şəxsi marağına toxunub, ya ümumi “katyol”un pulunu oğurlayıblar, ya da kimisə qanunsuz dinləyib şahtaj üçün nəsə əldə etməyə çalışıblar.
–
Bəs indiki vəziyyətdən xilas yolu nədir?
Bəs indiki vəziyyətdən xilas yolu nədir?
– Bir yol var: ölkədə qanuni seçki keçirilməsi. Seçki barədə çox deyilib, amma seçkinin cinayətkarlığa qarşı mübarizədə xüsusi rolu var. Təbii ki, İlham Əliyev də daxil olmaqla heç bir prezidentin hər bir vəzifəlini əli avtomatlı vasitəsilə güddürmək imkanı yoxdur. Amma dövlət başçısının vəzifəsi qanunçuluğun bərpası ilə bağlı konstitusion vəzifəsini icra etməsidir. Bu məsələni təkbaşına və indiki metodlarla həyata keçirmək mümkün deyil. Ona görə bəşər övladı 5, 7, 10 ildən bir məcburi dəyişdirilməsi mexanizmi kəşf edib, bunun adı seçkidir. Korrupsiya və rüşvətxorluq sistemi o zaman güclənir ki, bir adam vəzifədə uzun müddət qalır. Azərbaycanda olduğu kimi total nəzarətsizlik, cəzasızlıq şəraitində insan bu yola daha tez düşür və stabil cinayətkar əlaqələr yaranır. Siyasi hakimiyyətdə, hüquq-mühafizə orqanlarında olanlar arasında sabit əlaqə yaranır ki, bu da korrupsiya adlanır. Korrupsiya ayrı-ayrı adamların cinayət törətməsi, yaxud rüşvət alması deyil. Təəssüf ki, bəzi hüquq-mühafizə orqanlarının əməkdaşları bunu məhz belə təqdim etmək istəyirlər. Korrupsiya həyat, fəaliyyət tərzidir. Xüsusilə siyasi qərar vermək hüququ və imkanı olan, vəzifə tutanların iştirakı ilə baş verən, cinayətkar təşkilat tərəfindən həyata keçirilən bir fəaliyyət növüdür. Seçki də ona görə keçirilir ki, cinayətkar əlaqələr qırılsın. Çox təəssüf ki, Azərbaycanda normal seçki keçirilmir, ona görə də millətimiz və dövlətimiz korrupsiya bataqlığında batıb. Hesab edirəm ki, indiki metodların aradan qaldırılması mümkün olmayan vəziyyətə düşmüşük. Tək yolu-seçkidir, parlament dəyişməli, yeni hakimiyyət gəlməlidir, hər bir yeni adam özündən əvvəlkindən fərqli münasibət quracaq və bu cinayət əlaqələri dağılacaq. Bəla ondadır ki, seçki keçirilmir. Görünür, ali siyasi iradə mövcud deyil, yaxud da gücləri çatmır. Problem o qədər dərinləşib ki, bunu yalnız prezidentin fərmanı ilə aradan qaldırmaq mümkün deyil. Əgər prezident səmimi olaraq vəziyyəti dəyişmək istəyirsə, xalq onun arxasında dayanmalıdır. Yalnız xalqın köməyi ilə problemi aradan qaldırmaq olar. Bugünlərdə ANS-də prezidentin iş adamlarına arxalanmasını vurğulayırdılar, xeyr, prezident yalnız xalqa arxalanmalıdır. Problemin aradan qalxması üçün xalq dayanmalıdır onun arxasında. Mən prezidentin bu istiqamətdəki addımlarının səmimi olmasını istərdim.
–
Dediklərinizdən belə anlaşıldı ki, MTN-dəki olaylar özbaşına olmayıb, sistemin xarakteri belədir. Bu baxımdan indiki dövlətin adı nədir?
Dediklərinizdən belə anlaşıldı ki, MTN-dəki olaylar özbaşına olmayıb, sistemin xarakteri belədir. Bu baxımdan indiki dövlətin adı nədir?
– Azərbaycan bir dövlət olaraq artıq hüquq müstəvisindən çıxıb, yazılmayan qanunlarla idarə olunur. MTN-də baş verənlər bütün dövlət orqanlarında var və mövcuddur. Bu, o deməkdir ki, Azərbaycanda klassik mənada dövlət yox, cinayətkar sindikat fəaliyyət göstərir.
–
Siz xalqın müdaxiləsilə vəziyyətin dəyişməsinin mümkünlüyünü dediniz, amma xalq amorf durumdadır, belə olduqda, ziyalılar, siyasi düşərgə önə çıxmalıdırmı?
Siz xalqın müdaxiləsilə vəziyyətin dəyişməsinin mümkünlüyünü dediniz, amma xalq amorf durumdadır, belə olduqda, ziyalılar, siyasi düşərgə önə çıxmalıdırmı?
– Reallıq nə qədər acı olsa da, biz vəziyyəti düzgün qiymətləndirib ondan çıxış etməliyik. Kolumbiyada narkomafiya çox böyük gücə malik olduğundan dövlət idarəetməsində iştirak edir. İraqda Səddam, Suriyada Əsəd, bu adamlar xalqların iradəsi əleyhinə olaraq dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib milyonlarla insanı əsarət qorxu altında saxlayırdılar. Tarix bu tip rejimlərin yalnız daxildən, xalqın iradəsi ilə aradan qaldırılmasının mümkün olmadığını göstərir. Bunun bir neçə üsulu var.
–
Xarici müdaxilə də ora daxildir?
Xarici müdaxilə də ora daxildir?
– Bəli. Tarixi nəzəriyyə göstərir ki, bu cür rejimlərin dəyişməsi üçün xarici müdaxilə dördüncü yerdə dayanır. Birincisi, rejim daxilən elə hala düşür ki, artıq idarəetmə qabiliyyətini itirir, öz-özünə sıradan çıxır. Qədim Romada Kaliqulanın başı əxlaqsızlığa qarışdığından həmin vəziyyətə düşdü. İkinci yol, idarəçilik elə dözülməz həddə çatır ki, xalq artıq acından öldüyünü görüb, kütləvi şəkildə ayağa qalxır. Belə olduqda rejim müqavimət göstərərək özünü məhv edir, ya da hakimiyyəti qoyub qaçır. Üçüncü daxili və xarici qüvvələrin əlbir fəaliyyətidir ki, bu, heç bir millətə və dövlətə bugünə qədər xeyir gətirməyib. Çünki yardım edən qüvvə müəyyən maraqları əsas götürüb yardım edir. Mən bunun qəti əleyhinəyəm. Çünki bu gün Azərbaycanda marağı olan o qədər qüvvə var ki. Amma onların mənafeyi ilə mənim xalqımın və dövlətimin marağı üst-üstə düşmür. Dördüncü üsul odur ki, bu cür rejimlər daxil olduqları regional müharibələrdə məğlub olduqda hakimiyyətdən gedirlər. Diktatorlar istənilən halda uduzduqları müharibədə hakimiyyətdən gedirlər, bu, obyektiv qanunauyğunluqdur. Çünki məğlub, qorxaq və zəif kişini nə ailə, nə dövlət və xalqlar qəbul edir. Amma bütün bu üsulların hamısında xarici müdaxilə rol oynayıb. Xalqın özünün yolu olmur. Diktatura rejimləri heç vaxt nə torpaqlarının, nə də xalqlarının şərəfi üçün heç vaxt müharibə etməzlər. Səbəb də odur ki, hər bir müharibədə məğlubiyyət qoxusu var. Yaxud diktator qalib olacağını bilməsə, müharibəyə girməz, əks təqdirdə hakimiyyəti təhvil verməli olacaqlar. Diktatorlar üçün vacib olanı onların şəxsi rifahı və sərvətidir, millətin və dövlətin marağı yox.
–
Yenidən sahibkarlar məsələsinə qayıdaq. Məsələn, Zülfüqarlı qardaşlarının zavodları əllərindən alındı, bəs bununla bağlı şikayətlər necə olacaq, bunlar gündəmə gəlməlidirmi?
Yenidən sahibkarlar məsələsinə qayıdaq. Məsələn, Zülfüqarlı qardaşlarının zavodları əllərindən alındı, bəs bununla bağlı şikayətlər necə olacaq, bunlar gündəmə gəlməlidirmi?
– Ona görə deyirəm ki, MTN-də bu gün hallandırılan problem bütün orqanlarda var. Bir vətəndaş kimi Mahmudov və Çovdarova qarşı aparılan əməliyyatların səmimiyyətinə o zaman inanaram ki, bunların aradan qaldırılması üşün xüsusi komissiya yaradılsın, bütün haqqı tapdanan, əmlakı alınan insanlar həmin komissiyaya müraciət etsinlər və ardınca kompleks yoxlamalar başlasın. Dövlətimiz çox ağır durumdadır, bu gün Nardaranda baş verən hadisələrə adi yanaşmayın, millətin səbrin daşdırıblar. Allah uzaq etsin, bu məsələ kütləviləşsə, bütün rayonlarda narazı kütlə küçələrə axışsa, dövlətimizin hansı hala düşəcəyini bir Allah bilir. Ona görə də Zülfüqarlılar işi də daxil olmaqla bütün işlər vahid komissiyada araşdırılmalıdır. Bu yöndə sahibkarların özü, media fəal rol oynamalıdır, dövləti məcbur etmək lazımdır, ziyalıları danışdırın, məktublar yazılsın, etirazlar olunsun. Təəssüf ki, sahibkarlar bir-birinə heç vaxt dəstək olmur, birinin haqqı tapdananda o birilər susur. Yalnız öz evimiz yananda ayılırıq, gərək qonşuda yanğını söndürəsən ki, sənin evinə keçməsin. Bu gün əmlakı alınmayan iş adamları işlərini dayandırıb prezidentə müraciət etməlidir ki, filan iş adamlarının haqqı bərpa olunsun, belə qanunsuz dövlətdə fəaliyyət göstərmirəm. Əks təqdirdə, onları da həmin tale gözləyir. Cəsarətləri yoxdursa, əmlakları, arvad-uşaqları da əllərindən gedəcək. Məsələ ondadır ki, prezident istəsə də, problemi mən istədiyim miqyasda həll edə bilməyəcək. Çünki ətrafı o qədər qorxuludur ki, istənilən halda onu aradan götürə bilərlər. Prezidentin ətrafının hamısı qanunsuzluqların iştirakçısıdır. Çovdarovun villasından danışırlar, məgər ondan 5 pillə aşağı məmurun o boyda villası yoxdur? Vəzifədə olanların 90 faizi oğrudur. Dəniz sahilindəki villalara baxın, dənizə giriblər. Elçibəyin prezidentliyi zamanı sahildən 300 metr kənarda icazə verilirdi tikintiyə, Heydər Əliyevin dövründə 200 metr oldu, İlham Əliyevin zamanında isə 80, sonra 20 metr, indi isə insanları heç dənizə buraxmırlar. Bunu görməmək mümkün deyil. Ölkədə olan villalar sənin və mənim deyil ki. Haram yeməklə tikiblər onları. Bilin, bir adamın evində qazanılmamış 1 milyon olanda, deməli, 1 milyon insanın süfrəsindən çörək itir.