Qurban Bayramında alıcı qıtlığı yaşanıb

Satıcılarla alıcılar qiymətdə razılığa gəlməyə çalışır, pulu çatanlar diri heyvan, çatmayanlar isə kilo ilə qurbanlıq ət alıb evlərinə yollanırlar. Bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur. Şərifzadə küçəsində rayondan gətirilən heyvanlar satışa çıxarılıb. Qoyun ətinin kilosu 11-13 manat arasında dəyişir. Alıcılar qiymətin baha olduğunu deyirlər.

Satıcılar bayramdan öncəki qiymətə satış etdiklərini deyirlər. Onlar da alıcı zəifliyindən şikayətlənirlər. Günün ikinci yarısı olsa da, gətirdikləri malın yarısını sata bilməyənlər var.

Satıcılar burada satış etmək çün onlardan 70-100 manat arasında yerpulu aldıqlarını deyirlər. Amma pulu kimin yığdığını bilmirlər.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə Bakı şəhərinin 32 məntəqəsində yarmarkalar təşkil olunub. Yarmarkalara 13 min baş heyvan çıxarılıb. Bu bayramda fermerlər Gürcüstandan gətirdikləri 20 min baş heyvanı da satışa çıxarıblar.

Qurban bayramı müsəlmanların müqəddəs bayramıdır.Bayram xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətləri daşıyır. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Ana səhifəVideoQurban Bayramında alıcı qıtlığı yaşanıb