Bir neçə aydır ki, Suraxanı rayonu Qum adası yaşayış massivinin sakinlərinin smart kartlarına vurduqları hər məbləğin 20%-ni “Azəriqaz” borc deyib, əllərində alır. Sakinlər deyir ki, “Azəriqaz”ın əməkdaşları 2-3 ay öncə gəlib, sayğacdakı möhürləri dəyişiblər. Ondan onra hər ailəyə 250-400 manat arasında cərimə yazılıb.
Ədalət Xəlilov isə deyir ki, sayğaclar istismar dövrünü çoxdan başa vurmuşdu.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev bildirdi ki, quruma bununla bağlı müraciət olunsa və işçi qrupu müəyyənləşdirsə ki, möhürün olmamasında abonentin təqsiri yoxdur, heç bir məbləğ hesablanmayacaq.
Qum adasında yüzlərlə ailə yaşayır, indi əksər evlərə borc bildirişləri gəlib. Kimisi ödəyir, kimisi şikayət edir, kimisi də məhkəməyə üz tutur. Hətta məhkəməni udanlar da var. Amma heç də sakinlərin hamısı o mərhələyədək getməyib, ümid edirlər ki, aidiyyəti qurumlar tezliklə problemi çözəcəklər.