Qulu Məhərrəmliyə qarşı сinayət işinin icraatı dayandırılıb

Cinayət işi üzrə linqvistik ekspertizanın keçirilməsi qərara alınıb

Source:
Qulu Məhərrəmli
Qulu Məhərrəmli


Cinayət işi üzrə linqvistik ekspertizanın keçirilməsi qərara alınıb

Aprelin 25-də Nəsimi rayonu Məhkəməsind “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun telejurnalist, professor Qulu Məhərrəmliyə qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məhkəməəd olan əməkdaşının məlumatına görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Qulu Məhərrəmlinin vəkili Nicat Gözəlov vəsatətlə çıxış edib. Vəkil bildirib ki, hazırda Yasamal rayon Məhkəməsində də Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilir və həmin prosesdə cinayət işi üzrə linqvistik ekspertizanın keçirilməsi qərara alınıb. N.Gözəlov Yasamal rayon Məhkəməsinin həmin iddia ilə bağlı qərar qəbul edənə qədər Nəsimi rayon Məhkəməsində olan işin icraatının dayandırılmasını istəyib. Məhkəmə vəkilin vəsatətini təmin edib.

Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin AZTV-nin 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Qurum sədri Qulu Məhərrəmlinin mətbuatda onun haqqında yaydığı məlumatla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, Qulu Məhərəmlidən 100 min manat tələb edib. Arif Alişanov ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib. Bundan əlavə, Arif Alişanov şərəf və ləyaqətinin təhqir olunduğunu əsas gətirərək, Yasamal Rayon Məhkəməsinə də müraciət edib. O, Qulu Məhərrəmlinin barəsində cinayət işinin başlanmasını istəyib.

Q. Məhərrəmli isə ittihamları qəbul etmir. O, müsahibəsində heç kimi təhqir etmədiyini, AZTV-nin rəhbərliyinin yarıtmaz fəaliyyətindən danışdığını bildirir.

Ana səhifəXəbərlərQulu Məhərrəmliyə qarşı сinayət işinin icraatı dayandırılıb