Qulu Məhərrəmliyə qarşı açılan cinayət təqibinə xitam verilib

”Hüquqi əsası olmadan icraata götürülmüş işə xitam verilməsi məntiqlidir”

Source:


”Hüquqi əsası olmadan icraata götürülmüş işə xitam verilməsi məntiqlidir”

Fevralın 13-də Yasamal rayon Məhkəməsində telejurnalist, professor Qulu Məhərrəmliyə qarşı AZTV sədri A.Alışanovun xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında aparılan cinayət təqibinə xitam verilib.

Qərar hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə tərəflərin prosesə gəlməməsini əsas götürərək qəbul edilib.

Q.Məhərmlinin vəkili Cavid Rzazadə modern.az-a məlumatı təsdiq edib.

Vəkil hesab edir ki, heç bir hüquqi əsası olmadan icraata götürülmüş işə xitam verilməsi tamamilə məntiqə uyğundur:

“Linqvistik ekspertizanın gedişində BDU-dan ayrılmış və Alışanovlar ailəsinə yaxın olan dilçilərin (Z.Şahbazova və T.İsmayılova) müsahibə mətni ilə bağlı verdikləri mənfi rəy də AZTV sədrinin köməyinə çatmayıb. Qulu Məhərrəmli bu rəylərin elmi cəhətdən əsassızlığını, sifarişlə yazıldığını sübut edib və bununla bağlı apelyasiya şikayəti verib. Bundan başqa ölkənin görkəmli dilçilərinin məlum müsahibədə heç bir təhqirin olmaması barədə rəylər də məhkəməyə təqdim edilib”.

Telejurnalist Qulu Məhərrəmli 2016-cı ilin fevralında mətbuatda Azərbaycan telekanallarının ümumi vəziyyətini təhlil edərkən dövlət büdcəsindən maliyyələşən AZTV-nin də ciddi nöqsanlarını göstərmiş və bu nöqsanların əsas səbəblərindən biri kimi sədr A.Alışanovun qeyri-peşəkarlığını, intellektual bəsitliyini, yaradıcı menecmenti və idarəçiliyi bilməməsini göstərib onu kəskin tənqid etmişdi.

A.Alışanov isə məhkəməyə müraciət edərək həm mülki qaydada Q.Məhərrəmlinin 100 min manat cərimə olunmasını, həm də xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.

Ana səhifəXəbərlərQulu Məhərrəmliyə qarşı açılan cinayət təqibinə xitam verilib