Qulu Məhərrəmlinin şikayəti Nəsimi rayon Məhkəməsinə göndərildi

Telejurnalist İTV əməkdaşına qarşı iddia qaldırıb

Source:

Qulu Məhərrəmli
Qulu Məhərrəmli


Telejurnalist İTV əməkdaşına qarşı iddia qaldırıb

Aprelin 28-də Səbael rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmli İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçıfilm” Yaradıcılıq Birliyinin direktor müavini  Rauf Rəcəbova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə olan Meydan TV əməkdaşının məlumatına görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflər dinlənilib. Q.Məhərrəmlinin vəkili Cavid Rzazadə çıxış edərək, işin baxışa verilməsini istəyib. R.Rəcəbovun vəkili Elnur Quliyev isə çıxışında bildirib ki, iş baxışa verilə bilməz, çünki həmin müsahibədə hər hansı təhqir ifadəsi yoxdur. Hakim müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Hakim bildirib ki, işə Səbael rayon Məhkəməsində yox, Nəsimi rayon Məhkəməsində baxılmalıdır.

Q.Məhərrəmli R. Rəcəbova qarşı xüsusi ittiham qaydasında  iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. O, iddia ərizəsində AzTV tərəfindən barəsində çəkilən videoda R. Rəcəbovun təhqir səsləndirdiyini bildirib.

Ana səhifəXəbərlərQulu Məhərrəmlinin şikayəti Nəsimi rayon Məhkəməsinə göndərildi