M
ü
asir qul sahibl
ə
ri aras
ı
nda
ə
n
ç
ox g
ə
liri seks-industriyan
ı
n ba
şçı
lar
ı
ə
ld
ə
edir
Bütün dünyada məcburi əməkdən qanunsuz istifadə üzrə daxil olan gəlirlər $150,2 mlrd.-ı ötür. Bu, ildə əvvəllər olduğundan üç dəfə çoxdur. Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir.
BƏT ekspertləri müasir dünyada 21 mln.-a yaxın qulun – məcburiyyət üzündən hansısa işə vadar olan adamların olduğunu hesablayıblar. Onların 4,5 mln.-a qədəri (22 faiz) seksual istismarın qurbanıdır.
14,2 mln. nəfər (68 faiz) kənd təsərrüfatında, tikintidə, faydalı qazıntıların hasilatında və yaxud ev xidmətçisi işləyir.
2,2 mln. adam isə həbsxana administrasiyası tərəfindən əməyə cəlb olunan məhbuslardır.
“Yeni məlumatlar yeni səviyyədə məcburi əməyin və müasir quldarlığın təhlükəliliyi barədə düşüncələrə yol açır. Məcburi əmək biznesə, iqtisadiyyatın inkişafına və ən əsası öz qurbanlarına mənfi təsir göstərir.
Yeni hesabat mahiyyətcə qüsurlu, lakin böyük mənfəət gətirən praktikanı məhv etmək əzmimizi artırır”, – BƏT baş direktoru Qay Rayder bildirib.
BƏT-in hesablamalarına görə, müasir qul sahibləri arasında ən çox gəliri seks-industriyanın başçıları əldə edir. Onlar ildə öz qurbanlarına $99 mlrd. pul xərcləyirlər. Bunun $31,7 mlrd.-ı Asiya-Sakit okean regionu, $26,2 mlrd. – inkişaf etmiş ölkələrin, o cümlədən, Aİ dövlətlərinin payına düşür.
Hesabatda qeyd olunur ki, seksual istismar qurbanları daha çox mənfəət qazandırır ki, bu da onların xidmətinə yüksək tələbatın olmasından irəli gəlir. Seks-industriyanın qurbanları ildə orta hesabla $21,8 min qazanır ki, bu da bu sektoru daha sərfəli edir.
Tikinti, sənaye, faydalı qazıntı hasilatında çalışan adamların məcburi əməyindən $34 mlrd.daxil olur. Təxminən $9 mlrd. kənd təsərrüfatı, $8 mlrd. isə ev xidmətindən daxil olur.
Müasir qullar arasında qadınlar (55%) kişilərdən (45%), yaşlılar (74 faiz) isə uşaqlardan (26 faiz) çoxdur.
Qulların 11,7 mln. nəfəri Asiya-Sakit regionunda yaşayır. İkinci yerdə Afrikadır (3,7 mln.) Latın Amerikasında və Karibdə müasir quldarlıq az yayılıb – 1,8 mln. nəfər və ya 9 faiz. İnkişaf etmiş ölkələrdə və Aİ ölkələrində 1,5 mln, Şərqi Avropa və MDB ölkələrində 1,6 mln. nəfər var.
Reytinqdə Rusiyanın qonşuları olan Gürcüstan və Azərbaycan müvafiq olaraq 50 və 51-ci yerləri tuturlar. İlk yeri Mavritaniya tutur. 3,8 mln. əhalisi olan ölkədə 150 min nəfər qul var. İkinci yerdə Haiti, üçüncü yerdə Pakistan gəlir.
Mütləq rəqəmlərdə müasir quldarlıq üzrə “liderliyi” saxlayır. Ölkədə 13 mln.-dan çox insan alveri qurbanı var. Böyük Britaniya, İrlandiya və İslandiyada quldarlığını səviyyəsi sıfıra yaxındır (Turan İA).