Qüdsdə sərnişin avtobusuna atəş açılıb: 6 nəfər ölüb

Sentyabrın 8-də səhər saatlarında Qüdsdə (Yerusəlimdə) silahlı hücum hadisəsi baş verib.

Ramot yolayrıcındakı avtobus dayanacağında insanlara atəş açıblar. Son məlumatlara görə, hadisə nəticəsində 6 nəfər həlak olub, ən azı 11 nəfər yaralanıb.

Polisin məlumatına görə, saat 10:13-də iki nəfər silahlı 62 nömrəli avtobusa və yaxınlıqda olan insanlara atəş açmağa başlayıblar. Onların ikisi də İsrail Müdafiə Ordusu tərəfindən qətlə yetirilib.

İlkin məlumata görə, hücum edənlər Qüdsün şərqindən olan fələstinlilərdir.

İsrailin baş naziri Binyamin Netanyahu hadisəyə “sərt cavab” verəcəyini vəd edib. Milli Təhlükəsizlik naziri İtamər Ben-Gvir Qüdsdə və Qərb Sahilində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini çağırıb.

HƏMAS yayımladığı bəyanatda hücumu “işğal cinayətlərinə cavab” adlandırsa da, hücuma birbaşa məsuliyyəti öz üzərinə götürməyib. Fələstin Milli İdarəsi isə hücum barədə rəsmi açıqlama verməyib.

Ana səhifəXəbərlərQüdsdə sərnişin avtobusuna atəş açılıb: 6 nəfər ölüb