Qüdrət Həsənquliyev: ”Bu, Azərbaycanın suverenliyinə həqarətdir”

Rusiya Dumasının Azərbaycanda iclas keçirəcəyi barədə xəbər parlamentdə müzakirə edildi

Source:


Rusiya Dumasının Azərbaycanda iclas keçirəcəyi barədə xəbər parlamentdə müzakirə edildi

Rusiya Dövlət Dumasının Azərbaycanda xüsusi iclasını keçirmək istəməsi barədə mətbuatda yayılan xəbər Milli Məclisdə müzakirə mövzudu olub.

Deputat Qüdrət Həsənquliyev bunu Azərbaycanın suvernliyinə hörmətsizlik adlandırıb:

“Mətbuatda belə məlumat gedib ki, Rusiya Dövlət Duması Azərbaycanda xüsusi iclasını keçirmək istəyir. Bu, bizim suverenliyimizə həqarətdir. Bir suveren dövlətin ali hakimiyyət orqanının digər suveren dövlətin ərazisində iclas keçirməsi dünyada görünməmiş haldır və buna yol vermək olmaz. Bu məsələ dəqiqləşdirilməli, əgər mətbuatın yazdığı həqiqətdirsə, Milli Məclis məsələyə münasibət bildirməlidir. Duma Azərbaycanda Milli Məclislə birgə iclas keçirə bilər. Yaxud Milli Məclis Rusiyada Duma ilə birgə iclas keçirə bilər. Amma Dumanın gəlib Bakıda, Azərbaycanda ayrıca iclas keçirməsi bizim suverenliyimizə hörmətsizlikdir”.

Ana səhifəXəbərlərQüdrət Həsənquliyev: ”Bu, Azərbaycanın suverenliyinə həqarətdir”