Bu binanın sakinləri evlərindən 400 km aralıda yaşamağa məcburdur. Onların doğma yurdu – Qubadlı 27 il öncə erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Və dünən onlar xoş bir xəbər aldılar. Sumqayıtda Qubadlının işğaldan azad edilməsi xəbəri coşqu ilə qarşılandı. Qubadlı 1993-cü ilin 31 avqust tarixində işğal edilib. Sakinlər üçün hətta indi də həmin günləri xatırlamaq çox çətindir. Sakinlərə artıq azadlıqda olan Qubadlıya dönəcəkləri günü gözləmək qalır.
SHOW LESS
Bu yazı 4 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 29 Oktyabr 2020 19:41