Qubada etiraz aksiyası keçirilir (Yenilənir)


Hazırda polis ərazini aksiyaçılardan təmizləməyə çalışır

Aksiya iştirakçısının məlumatına görə, polis, mülki geyimlilər, eləcə də Daxili Qoşunun əsgərləri təzyiqli su vuran maşınlarla ( TOMA) və qaz bombaları ilə meydanı təmizləyirlər:  “Qarşılarına keçəni əzirlər. Soyuq, yağış, bir tərəfdən də su şırnağı. Davam gətirmək olmur. Camaat topa halında 3-4 yerə bölünüb, hərəsi bir tərəfə hərəkət edir. Ancaq meydanda hələ adam qalıb.  Əsgərlərin gözü dönüb. Elə bil qarşılarındakı ermənilərdir, öz millətlərindən deyil”.


***

Aksiya iştirakçılarının verdiyi məlumata görə, hazırda polis aksiyanı dağıtmaq üçün güc tətbiq etməyə başlayıb. Su şırnağından və gözyaşardıcı qazdan istifadə olunur.


***

Yanvarın 15-də Qubada bir qrup sakin qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya keçirib.

Aksiyaçılar işsizlikdən əziyyət çəkdiklərini, bank kreditlərini ödəyə bimədiklərini, ünvanlı sosial yardım ala bilmədiklərini bildiriblər. Yerli icra başçısı və müavinləri aksiyaçıları dinləyəndən sonra onlardan dağılışmağı istəyib.

Hazırda polis ərazini aksiyaçılardan təmizləməyə çalışır.


Çəkdiyiniz video və fotoları bizimlə paylaşa bilərsiniz.



‪#‎whatsapp‬ nömrəmiz:

+49 176 16263646

Ana səhifəVideoQubada etiraz aksiyası keçirilir (Yenilənir)