Qubad İbadoğlunun tərəfdarları Müsavat qərargahını tərk ediblər

“Onun iştirakı olmadan keçirilən iclas nizamnaməyə ziddir”

Source:

“Onun iştirakı olmadan keçirilən iclas nizamnaməyə ziddir”

Fevralın 6-da fəaliyyəti ilə əlaqədar

Müsavat Partiyası

nın Divanına çağırılan başqanlığa sabiq namizəd, ADR Hərəkatının təşkilat komitəsinin sədri Qubad İbadoğlu Müsavatın Divanına qatılmaqdan imtina edib.


APA

-nın məlumatına görə, Q. İbadoğlu və tərəfdarları Divanın iclasını tərk ediblər. Q. İbadoğlu bildirib ki, əvvəlcədən toplantıda videoçəkiliş, səs yazısı və müşahidəçilərin olacağı razılaşdırılsa da, partiya rəhbərliyi Divanın iclasına qatılarkən ona bildirilib ki, videoçəkilişin aparılması qadağandır.

Onlar buna etiraz olaraq iclası tərk ediblər.

Q.İbadoğlu bldirib ki, onun iştirakı olmadan keçirilən iclas nizamnaməyə ziddir.

Qərarın formal xarakter daşıdığı üçün onları maraqlandırmadığını deyən Q. İbadoğlu qeyd edib ki, hansı qərarın veriləcəyindən asılı olmayaraq o və tərəfdarları partiyadakı fəaliyyətini davam etdirəcəklər.

Ana səhifəXəbərlərQubad İbadoğlunun tərəfdarları Müsavat qərargahını tərk ediblər