Qubad İbadoğlu: “Təcili qərarlara ehtiyac var”

“İnhisarçılıqla və korrupsiya ilə mübarizə və paralel sürətdə də iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini zəruri edir”

Source:

“İnhisarçılıqla və korrupsiya ilə mübarizə və paralel sürətdə də iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini zəruri edir”

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu neftin qiymətinin hansı həddə qədər enəcəyi sualı üzərində fikirlərini Facebook səhifəsində paylaşıb.

İqtisadçı bildirib ki, xam neftin dünya bazar qiymətində bu gün cüzi də olsa artım qeydə alınsa da, dünən baş verən ciddi ucuzlaşma hələ də aparıcı xəbər kanallarının baş mövzusu olaraq qalır. Çünki müşahidə olunan ucuzlaşma nəticəsində neftin qiyməti 2009-cu ilin fevral ayından sonra ən aşağı səviyyəyə düşüb və uzun müddətdir gözlənilən 1 barrel/40 dollar pisxoloji baryerini aşıb. Beləliklə də yeni qiymət bu ilin əvvəli ilə müqayisədə 1 barelə görə 10 dollardan çox aşağı düşüb.

O, xam neftin qiymətinin hansı səviyyəyə qədər enəcəyi sualının bu gün beynəlxalq analıtikləri ciddi düşündürdüyünü qeyde edib: “Onların qiymətləndirmələrinə və proqnozlarına görə dünya bazarlarında hazırda xarakterizə olunan yüksək təklif şəraitində qiymətlərin uculaşmasının qarşısının alınmaz olacaq və ucuzlaşma davam edəcək.Bəzi ekspertlər qiymətin 20 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar. Hazırda bazara gündəlik 92 milyon barrel tələbə qarşı ən azı 1 milyon bareldən çox neft təklif olunur. Odur ki, qiyməti uculaşdıracaq başlıca səbəbi kimi təklifin artması qeyd olunur.

İbadoğlu hesab edir ki, neftin qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və manatına neqativ təsirlərini neytrallaşdırmaq məqsədilə əlavə maliyyə qaynaqlarının formalaşdırılması iqtiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir: “Bu baxımdan qısa müddətli effektə yalnız biznes mühitinin yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Yalnız təcili olaraq ciddi qərarların, o sıradan da inhisarşılıqla və korrupsiya ilə mübarizə və paralel sürətdə də iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini zəruri edir. Nəzərə alın ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiyməti 1 barrel üçün 50 ABŞ dolları götürülüb”.

Ana səhifəXəbərlərQubad İbadoğlu: “Təcili qərarlara ehtiyac var”