Qubad İbadoğlu: “Ölkəyə gətirilən məhsullar iki dəfə baha satılır”

“Monopolistlərə görə, yumurta 418, toyuq əti 276, düyü 253, sabun 234, mal əti 159, çay 142, kərə yağı 103, makaron 97 faiz, şəkər isə ikiqat qiymətədir”

Source:


“Monopolistlərə görə, yumurta 418, toyuq əti 276, düyü  253, sabun 234, mal əti 159, çay 142, kərə yağı 103, makaron 97 faiz, şəkər isə ikiqat qiymətədir”

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu “İdxalda monopoliya və rüşvətın qarşısı alındığı halda əsas istehlak mallarının qiymətləri nə qədər ucuzlaşa bilər” başlıqlı sualı ilə Facebook səhifəsində maraq doğuracaq rəqəmlər açıqlayıb.

İqtisadçı sualı cavablandırmaq üçün informasiya mənbəyi olaraq Dövlət Statistika Komitəsinin ötən il nəşr etdiyi “Xarici ticarət” və “Qiymət statistikası” nərşlərindən istifadə edib. O bildirib ki, kalkulyasiya və qiymətlərin müqayisəsi metodları ilə apardığı hesablamalar gerçək mənzərənin xeyli acınacaqlı olduğunu aşkara çıxarıb. Eyni zamanda, apardığı təhlillərin istehlak bazarında idxal mallarının qiymətinin ucuzlaşdırılması potensialının yüksək olduğunu göstərir: “Sadəcə, bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yalnız magazalarda deyil, həm də və əsasən idxal prosesində monitorinqlər aparmalı və ayda bir dəfə əsas istehlak mallarının idxal qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini hazırlayıb, dövrü mətbuatda nəşr etməlidirlər”.

“Apardığı müqayisəli hesablamalar göstərib ki, ölkəyə xaricdən yumurta gətirənlər onun bütün xərclərini ödədikdən sonra 418 faiz, toyuq əti gətirənlər 276 faiz, düyü gətirənlər 253 faiz, sabun gətirənlər 234 faiz, pendir gətirənlər 230 faiz, bitki yağları gətirənlər 196 faiz, mal əti gətirənlər 159 faiz, çay gətirənlər 142 faiz, yuyucu töz gətirənlər 121 faiz, kərə yağı gətirənlər 103 faiz, makaron gətirənlər 97 faiz, şəkər gətirənlər 2 dəfədən çox bahasına satırlar. Bu 2 səbəbdən mümkün olar bilər. Birincisi, bu və digər məhsulların idxalı monopoliyadadır, inhisarçılar qiyməti diktə edirlər, ikincisi, gömrük rüşvəti və digər qeyri-rəsmi ödənişlər malın maya dəyərindən dəfələrlə çoxdur, o da son nəticədə məhsulun satış qiymətində maddiləşir və onu bahalaşdırır. Hər 2 halda məsuliyyət İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinın üzrərinə düşür”,- deyə iqtisadçı fikirlərini yekunlaşdırıb.

Ana səhifəXəbərlərQubad İbadoğlu: “Ölkəyə gətirilən məhsullar iki dəfə baha satılır”