Qubad İbadoğlu: “Növbəti ilin büdcə layihəsinin parametrlərinin açıqlanması nədən gecikir?”

“Son 2 ildə büdcə gəlirlərinin formalaşmasında makroiqtisadi göstəricilərə təsir edəcək qədər ciddi eniş baş verib”

Source:


“Son 2 ildə büdcə gəlirlərinin formalaşmasında makroiqtisadi göstəricilərə təsir edəcək qədər ciddi eniş baş verib”

“Bir çox ölkələrin parlamentlərində növbəti ilin büdcə müzakirələri başlasa da. Azərbaycanda hələ olun parametrləri belə açıqlanmayıb. Baxmayaraq ki, maliyyə nazirliyi hər il sentyabr ayına qədər növbəti ilin büdcəsinin konturları barədə ictimaiyyəti məlumatlandırırdı”.

Bu sözləri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, bu il  ucuzlaşan neft qiymətləri və azalan dövlət gəlirləri ildən ilə azalan büdcə gəlirlərinin formalaşdırılması üçün yeni, mürəkkəb iqtisadi situasiya yaradıb: “rəsmi statistikaya görə, 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19,5 milyard manat və ya 25 milyard dollar səviyysəində icra olunub. Həmin il Azərbaycan tarixinə ən yüksək büdcə gəlirlərinin təmin olunduğu il kimi daxil olub. Ötən il büdcə gəlirləri 2013-cü illə müqayisədə 1,1 milyard manat azalıb. Bu il üçün olan gözləntilərə görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 2013-cü illə müqayisədə 5 milyard manat və ya devalvasiyadan sonrakı məzənnə ilə 10 milyard dollar az icra olunacaq. Göründüyü kimi, son 2 ildə büdcə gəlirlərinin formalaşmasında makroiqtisadi göstəricilərə təsir edəcək qədər ciddi eniş baş verib”.

Ekspert deyir ki, büdcə xərclərinə gəlincə, son illər ərzində büdcənin izafi xərclərlə yüklənməsi və onun rasional icra olunmaması növbəti il üçün büdcə proqnozlaşdırılmasını çətinləşdirən başlıca amillərdən hesab oluna bilər. Bu isə hökümətin orta və uzunmüddətli dövr üçün büdcə siyasətinin olmamasının nəticəsidir: “Çünki Azərbaycanda növbəti il üçün dövlət büdcəsinin gəlirləri keçən ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə xərclərinin məbləği əsasında proqnozlaşdırılır. Bu isə o deməkdir ki, dövlət büdcəsi strateji məsələ olsa, növbəti ilin büdcə siyasəti cari konyuktura əsasında müəyyənləşdirilir. Ona görə də, dəyişkən neft qiymətlərinin şərtləndirdiyi xarici ticarət və büdcə balansının zəif göstəriciləri bazasında makroiqtisadi və sosial sabitliyi qoruyacaq, iqtisadi artımı təmin edə biləcək 2016-cı ilin büdcəsini proqnozlaşdırmaq hökümət üçün o qədər də asan olmayacaq. Ola bilər ki, bu səbəbdən 2016-cı il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəriciləri vaxtında təqdim edilməsin”.

Ana səhifəXəbərlərQubad İbadoğlu: “Növbəti ilin büdcə layihəsinin parametrlərinin açıqlanması nədən gecikir?”