Qubad İbadoğlu: “Manatın devalvasiyasından büdcənin uduşu ikiqatdır”

“Ölkədə fəaliyyət göstərən xarici şirkətlərin bəziləri büdcəyə ödənişlərini dollarla etdiyindən büdcə həmçinin valyuta məzənnəsindəki fərqdən də qazanır”

Source:


“Ölkədə fəaliyyət göstərən xarici şirkətlərin bəziləri büdcəyə ödənişlərini dollarla etdiyindən büdcə həmçinin valyuta məzənnəsindəki fərqdən də qazanır”

“Son zamanlar dövrü mətbuatda manatın devalvasiyasından ayrı-ayrı sosial qruplara dəyən itkilərdən bəhs olunur. Heç şübhəsiz ki, hər bir əməliyyatdan itirən varsa, deməli, qazananlar da mövcuddur. Bu ikitərəfli proses olduğundan fərqli qrupların müxtəlif qazancları və zərələrindən danışmaq olar”. Bunu öz Facebook səhifəsində iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazıb.

İqtisadçı manatın devalvasiyasından qazananlardan da yazıb: “İxracatçılar milli valyutanın devalvasiyasından daha çox qazanırlar. Çünki onları xərcləri manatla, gəlirləri isə dollarladır. Nəzərə alsaq ki, Azərbaycan ixracatının 92 faizə qədərini neft-qaz və ondan istehsal olunan məhsullar təşkil edir, onda devalvasiya əməliyyatından mədən sənayesində fəaliyyət göstərən neft şirkətlərinin, o sıradan da ARDNŞ-nin uduşlarının olduğunu demək mümkündür.

Büdcənin uduşu ikiqatdır, çünki, baş verən dəyişikliklər həm birbaşa və həm də dolayı büdcə mədaxilini artırır. Belə ki, ixracatçı şirkətlərin valyuta gəlirləri artması onların büdcəyə ödənişlərıni də artırır. Ölkədə fəaliyyət göstərən xarici şirkətlərin bəziləri büdcəyə ödənişlərini dollarla etdiyindən büdcə həmçinin valyuta məzənnəsindəki fərqdən də qazanır. Nəhayət, büdcənin dolayı uduşunu daxili bazarda qiymətlərin bahalaşmasına görə artımla daxil olan istehlak vergilərinin səviyyəsindəki müsbət dəyişikliklər şərtləndirir.

Valyuta ilə deposit saxlayan maliyyə və qeyri maliyyə institutları, eləcə də əmanətlərə malik olan əhali qrupu devalvasiyadan udanların siyahısında olur. Lakin bu halda uduşlar o zaman təsirli olur ki, onlar qazanclarını xaricə çıxardıb dollarla deyil, daxildə manatla xərcləsinlər”.

Qubad İbadoğlu bu prosesdə uduzanlardan da yazıb: “İdxalatçılar devalvasiyadan ən çox itirənlər olurlar, onların dollarla və ya avro ilə alıb gətirdikləri gətirdikləri mal və xidmətlərin qiymətində manatla baş verən dəyişikliklər bir tərəfdən istehlakçıların alıcılıq qabliyyətinin aşağ düşməsi səbəbindən gəlirlərinin azalmasına, digər tərəfdən də bazar payının itirilməsinə gəirib çıxarır. Sonuncu tendensiya idxalı əvəz edən istehsal sahəsinin inkişafının stimullaşdırdığı halda milli iqtisadiyyat bu dəyişiklikdən qazana bilər.

Devalvasiyanın əhaliyə təsiri iki tərəfli olur. Kimlərin ki, gəlirləri dollarladır, xərcləri manatla onlar bundan qazanır, əksinə gəlirləri manatla olub xərcləri dollarla olanlar bundan itirirlər. Gəlirləri və xərcləri manatla olanlar da itirənlər qrupuna daxildir. Əhalı arasında ən çox itirənlər əmanətlərini manatla saxlayanlardır. Onların itkisi devalvasiya zamanı dəyişən məzənnə fərqi faiz gəlirlərindən yuxarı olduqda daha çox artır”.

Ana səhifəXəbərlərQubad İbadoğlu: “Manatın devalvasiyasından büdcənin uduşu ikiqatdır”